AzTU-da əməkhaqları artırıldı
Azərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.
26 Oktyabr 2017 15:06 SosialAzərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.
Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.
Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq. AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.