Gündəm

Deputata qarşı sui-qəsddə Kadırovun əli var” - Nazir müavini

26 Oktyabr 2017 16:17

Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko Ali Radanın deputatı İqor Mosiyçuka təşkil olunan sui-qəsddə Rusiyanı ittiham edib.  Məlumata görə, “112 Ukrayna” kanalına danışan müşavir bildirib ki, bu məsələdə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əli ola bilər. “Sifarişçi birdir - Rusiya. Bunu təsdiqləyə sübutlar var. İlk növbədə Ramzan Kadırovun 2014-cü ildəki çıxışı bunu deməyə əsas verir”. Rəsmi Moska Ukraynanın səsləndirdiyi ittihmalara cavab verib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib ki, rəsmi Kiyevin ittihamları əsassızdır:  “Rəsmi Kiyev yalnız Ramzan Kadırova deyil, həm də Moskvada bir sıra yüksək vəzifə tutan şəxslərə də qarşı əsassız ittihamlar irəli sürür”.

Dünya bankının Azərbaycan proqnozu: Yanlışlıq, yoxsa qərəz?

26 Oktyabr 2017 16:13

Dünya Bankının (DB) Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqladığı proqnoz diqqəti cəlb edir. Əvvəla, regionun demək olar, bütün ölkələrində əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə edildiyi açıqlanıb. Buna isə son aylarda istehsalın və ixracın artmasının səbəb olduğu bildirilib. Regiondan ixracın orta həcminin qlobal orta göstəricidən çox olduğu nəzərə çatdırılaraq, Rusiya ilə Belarusun resessiyadan çıxdığı deyilib.

Bir gündə 4 qəzada 3 nəfər ölüb

26 Oktyabr 2017 16:11

Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, qəzalarda 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Akkumlyaor oğrusu saxlanıb

26 Oktyabr 2017 16:10

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Cəlilabad sakini Ruslan Əhmədov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də Cəlilabad rayonu ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Sərhədabad kənd sakini Ruslan Əhmədov RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Keçmiş məhkum oğurluğa görə tutuldu

26 Oktyabr 2017 16:09

Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust və oktyabr ayları ərzində şəhər ərazisində 1 nəfərin velosipedini və bir nəfərin 70 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 evdən, 1 avtomobildən və 1 çantadan pul, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ümidvar Rzayev tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Pirotexniki vasitələr aşkar edilib

26 Oktyabr 2017 16:08

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Prokuror tanınmış alimin oğluna 11 il iş istədi

26 Oktyabr 2017 16:07

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Olaylar”ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, E. Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. E. Quliyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 30-da davam etdiriləcək.

Azərbaycan cüdoçuları Abu-Dabi "Qran-Pri"sində yarışacaqlar

26 Oktyabr 2017 16:05

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə,  bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

“İrəli” Azərbaycanın 70 rayonunun gəncləri üçün intellektual yarışlara başlayır

26 Oktyabr 2017 16:04

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Quldurluqla məşğul olan şəxs tutulub

26 Oktyabr 2017 16:02

Quldurluqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da paytaxt sakini Fərid Zahirovun pulunu və içərisində ərzaq məhsulları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən Yaşar Musayev tutulub.

Soyğunçular vətəndaşın pulunu və gödəkçəsini alıblar

26 Oktyabr 2017 16:01

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakilri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Kürdəmir rayon sakini Elçin Eyyubova zor tətbiq edərək cibində 270 manat olan gödəkçəsini ondan alıblar.

İsmayıllıda “marixuana” əməliyyatı keçirilib

26 Oktyabr 2017 16:00

İsmayıllı şəhər sakinində narkotik vasitə aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edilib

26 Oktyabr 2017 15:59

Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.

İrəvan Teatrında narazılıq böyüyür, prezidentə və məhkəməyə müraciət olunub

26 Oktyabr 2017 15:57

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı prezident İlham Əliyevə müraciət olunub. Məlumata görə, mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərazində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər. 

Səfir: "Deputatların Dağlıq Qarabağa səfəri Meksika hökumətinin mövqeyini əks etdirmir"

26 Oktyabr 2017 15:55

“Meksikalı diplomatların Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfəri Meksika hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyini əks etdirmir”. Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.