Gündəm

KİVDF-yə ayrılan vəsait artırılacaq

26 Oktyabr 2017 16:56

Gələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub. 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub.

Əli Kərimli terrorçularla da əməkdaşlığa hazırdır

26 Oktyabr 2017 16:55

Bəlli olduğu kimi, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatın ardınca təxirəsalınmaz tədbirlər görülüb və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs keçirilən əməliyyat tədbiri zamanı silahlı müqavimət göstərdiklərinə görə məhv ediliblər.

Elşən Musayev: “Bəlkə elə o terrorist Əli Kərimlinin adamıdır?”

26 Oktyabr 2017 16:53

“Ümumiyyətlə, Milli Şuraya xoş olan, hətta onların xeyrinə də olan hər şeydən imtina ediblər və bəyənməyiblər. Milli Şura ölkədə baş verən heç bir pozitiv hadisəni, mövqeni, durumu bəyənməyib və bu gün də öz amplualarına sadiqdirlər. Sadəcə məsələ burasındadır ki, Azərbaycan polisi nə müxalifəti, nə də iqtidarı ölkə vətəndaşının siyasi və qeyri-siyasi fərqinə baxmadan hamının təhlükəsizliyini təmin edir”. Bunu açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Xırdalanda atışma olub? – Hüquq-mühafizə orqanları AYDINLIQ GƏTİRDİ

26 Oktyabr 2017 16:50

Oktyabrın 25-də Abşeron rayonun Xırdalan şəhərində atışma olduğuna dair məlumat yayılıb. Bildirilib ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Hətta onların hər ikisinin zərərsizləşdirildiyi bildirilib, bəzi KİV-lər isə daha da irəli gedərək, öldürülənlərin qaçan məhbuslar olduğunu iddia edib.

Gəncədəki atışma ilə bağlı DİN-nən açıqlama

26 Oktyabr 2017 16:47

Gəncədə kriminal aləmə yaxın şəxslərin atışması ilə bağlı rəsmi açıqlama verilib.  DİN xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.

İstanbulda 52 mərtəbəli binada yanğın baş verib

26 Oktyabr 2017 16:42

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda 52 mərtəbəli binada yanğın baş verib. “Habertürk” yazır ki, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb. Əsasən ofislərin yerləşdiyi binanın aşağı mərtəbəsindəkilər təxliyə olunub.

“Onlar cinayətkarlardır və bir-bir məhv edilirlər” – Peskov

26 Oktyabr 2017 16:40

Rusiyanı tərk edərək İŞİD sıralarında döyüşənlər cinayətkarlardır və məhv edilirlər.  Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. “Təbii olaraq terrorçulara və terror fəaliyyətinə aidiyyəti olanlar, Suriya Ərəb Respublikasına qarşı əlində silah döyüşənlər, özü də bu silahı Rusiya hərbçilərinə qarşı istifadə edənlər – cinayətkarlardır, onlar məhv edilirlər. Bu barədə Müdafiə Nazirliyi hər gün məlumat verir” – Peskov belə deyib. Putinin mətbuat katibi İŞİD tərəfdə döyüşən rusiyalılar haqda açıqlanan hesabatın doğruluğuna şübhə etdiyini bildirib.

İctimai nəqliyyatda gediş haqqı qalxmayacaq

26 Oktyabr 2017 16:37

Son dövrlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar yayılıb. “OLAYLAR”-ın xəbərinə görə, bununla bağlı BNA bildirir ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Azərbaycan telekanalında 18+ cizgi filmi nümayiş etdirildi: Yayımı dayandırıldı

26 Oktyabr 2017 16:33

Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb. Bu barədə report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Xəzər Dəniz Gəmiçiliyi: Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır

26 Oktyabr 2017 16:31

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər heyəti ilə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib.

“Bu onu göstərir ki, Azərbaycan nə qədər çətin və ikiüzlü tərəflə üzbəüzdür”

26 Oktyabr 2017 16:29

Ermənistan prezidenti Serj Sarkisyan hər zaman olduğu kimi bu dəfə də ziddiyyətli açıqlaması ilə vətəndaşlarını aldatmaq istəyib. Məlumata görə, o, Müdafiə Nazirliyinin Milli Təhqiqat və Təhlükəsizlik Universtitetindəki çıxışı zamanı prezidentlərin Cenevrə görüşündən sonra razılaşdırılmış məqamlardan əlavə heç bir bəyənat verilməməklə bağlı öhdəliyə sadiq olduğunu iddia edib. Ancaq bütün dünyaya məlumdur ki, 16 oktyabrda CenevrədəAzərbaycan və Ermənistan prezidentlərinin görüşündən qısa müddət sonra Sarkisyan eməni lobbisi ilə görüşüb və görüşün mahiyyətinə uyğun olmayan açıqlamar verib. Sarkisyan İsveçrənin erməni icması ilə görüşündə Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində qalmağına dair razılığa imza atmayacağını bildirmişdi.

“Bütün dünyada qəbul olunan terminlərə toxunmaq lazım deyil” - Elçin Mirzəbəyli

26 Oktyabr 2017 16:27

Politoloq Elçin Mirzəbəyli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının təklif etdiyi sözlərə münasibət bildirib. Məlumata görə, E.Mirzəbəyli bildirib ki, Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşır: “Amma mənə elə gəlir ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq lazım deyil. Məsələn, “Embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

Ərəb dilini bilməyən Harun Yəhya yeni Quran tərcüməsi hazırladır

26 Oktyabr 2017 16:25

Harun Yəhya kimi tanınan Adnan Oktar bir qrup dilçiyə Quran tərcüməsi hazırladıb.  1-2 ay ərzində həmin kitabın çap olunacağı bildirilir.

Adnan Oktar “kediciklər”ini və “aslanlar"ını toplayıb qızıldan masada yemək yedi

26 Oktyabr 2017 16:23

Adnan Oktar “kedicik”ləri üçün şam yeməyi təşkil edib.  Süfrədəki qızıl qaşıqlar diqqətdən qaçmayıb. Diqqət çəkən digər məqam isə süfrədəki Osmanlı motivləri olub. “Kediciklər” lə yanaşı “aslanlar”ın da qatıldığı dəvətdə,  süfrədə barmaq qoyacaq yer olmayıb.

MTRŞ-ya ayrılan vəsait artırılır

26 Oktyabr 2017 16:20

Gələn ilin dövlət büdəsində Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsaitin həcmi açıqlanıb. 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, növbəti il Şuraya 819 409 manat ayrılması nəzərdə tutulub. Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 18 538 manat çoxdur.