Elşən Musayev: “Bəlkə elə o terrorist Əli Kərimlinin adamıdır?”

“Ümumiyyətlə, Milli Şuraya xoş olan, hətta onların xeyrinə də olan hər şeydən imtina ediblər və bəyənməyiblər. Milli Şura ölkədə baş verən heç bir pozitiv hadisəni, mövqeni, durumu bəyənməyib və bu gün də öz amplualarına sadiqdirlər. Sadəcə məsələ burasındadır ki, Azərbaycan polisi nə müxalifəti, nə də iqtidarı ölkə vətəndaşının siyasi və qeyri-siyasi fərqinə baxmadan hamının təhlükəsizliyini təmin edir”. Bunu açıqlamasında millət vəkili Elşən Musayev deyib.

"Ümumiyyətlə, Milli Şuraya xoş olan, hətta onların xeyrinə də olan hər şeydən imtina ediblər və bəyənməyiblər. Milli Şura ölkədə baş verən heç bir pozitiv hadisəni, mövqeni, durumu bəyənməyib və bu gün də öz amplualarına sadiqdirlər. Sadəcə məsələ burasındadır ki, Azərbaycan polisi nə müxalifəti, nə də iqtidarı ölkə vətəndaşının siyasi və qeyri-siyasi fərqinə baxmadan hamının təhlükəsizliyini təmin edir". Bunu açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, ümumiyyətlə polisin siyasətə qarışacağı yoxdur: "Polisin fikrində yoxdur ki, burada mitinqdir və yaxud hansısa bir tədbirdir, aksiyadır və s. Amma görünən odur ki, onları qoruyanda da narazı qalırlar. Yaxşı o zaman dövlət nə etsin? İmkan versin ki, terrorçu gəlib mitinq keçiriləcək yeri partlassın? Müxalifətçi də Azərbaycan vətəndaşıdır və Azərbaycan iqtidarının da birbaşa marağında olan məsələdir ki, müxalifətli-iqtidarlı hamını qorusun. Sadəcə olaraq radikal müxalifət hər bir fürsətdən Azərbaycan iqtidarına qarşı istifadə etməyə çalışır. Dövlət Təhlükəsizlik Xidməti artıq müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirib. Bəlkə elə o terrorist Əli Kərimlinin adamıdır? Bu elə AXCP rəhbərinin marağında olan bir məsələdir.

Əli Kərimli o qədər mundar adamdır ki, ondan hətta terror təşviqini də gözləmək olar. Bəlkə də bu insan heç ona görə istəmir ki, tərəfdaşlarını yoxlasınlar və yaxud mitinq keçiriləcək ərazi yoxlanılsın. Amma bu gün Azərbaycan dövləti, hüquq-mühafizə orqanları Əli Kərimli qədər məsuliyyətsiz deyillər. Bir sözlə, radikal müxalifətdən hər şey gözləmək olar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31