“Bütün dünyada qəbul olunan terminlərə toxunmaq lazım deyil” - Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının təklif etdiyi sözlərə münasibət bildirib. Məlumata görə, E.Mirzəbəyli bildirib ki, Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşır: “Amma mənə elə gəlir ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq lazım deyil. Məsələn, “Embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

Politoloq Elçin Mirzəbəyli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının təklif etdiyi sözlərə münasibət bildirib. Məlumata görə, E.Mirzəbəyli bildirib ki, Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşır: "Amma mənə elə gəlir ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq lazım deyil. Məsələn, "Embarqo" iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi "qadağa" sözü isə "embarqo" termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

"Embarqo" hər hansı bir dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. "Embarqo" beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır.

Teminlər ona görə yaradılır ki, iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etmək mümkün olsun. Yəni "embarqo" sözü "qadağa"dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir.

Kompyuter "mouse"-nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində "bələdçi" funksiyası var". Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31