Gündəm
Sevinc Həsənova: Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri innovasiyaların təşviqidir
“İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyalar mühüm əhəmiyyət kəsb edir”.
Şahin Mustafayev: Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq
Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq. Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, "2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən 70 faiz, bu ilin ilk 9 ayında isə 33 faiz artıb: "Neftçala Sənaye Məhəlləsində İranla birgə inşa olunan avtomobil zavodunun birinci mərhələsi bu ilin sonunadək istifadəyə veriləcək. Pirallahı Sənaye Parkında isə İranla birgə əczaçılıq müəssisəsi yaradılır.
Qaçan məhbuslardan biri tutuldu
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilərkən qaçan məhbuslardan biri tutulub. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Parlamentdə dəyirmi masa keçirilib
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ailə, qadın və uşaq məsələləri komitəsi birgə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına həsr olunan Dəyirmi masa təşkil edib. Tədbirdə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə qəbul edilmiş “Məişət zorakılığı haqqında” Qanunun əhəmiyyətinə toxunub. Bildirilib ki, bu qanun qəbul edildikdən sonra ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə sahəsində bir çox islahatlar həyata keçirilib. Bunların bir hissəsi qanunvericiliklə, digər hissəsi isə qanunun tətbiqi ilə bağlı idi.
Paytaxtın ət dükanlarında reyd keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 25-də paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər. DİN-dən verilən məlumata görə, reyd zamanı bir neçə mağaza sahibi - Nərimanov rayonu ərazisində Seyidəli Abdullayev, Yasamal rayonu ərazisində Namiq Əliyev və Binəqədi rayonu ərazisində Şakir Güləliyev özlərinə məxsus ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyi pozduqları üçün, habelə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ət satışı mağazalarının sahibləri - Kamran Beydiyev və Nüsrətdin Hacıyev küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Nazirlik innovasiya müsabiqəsi elan edib
BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, müsabiqəyə itisadi, sosial, ekoloji və turizm sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur.
Kataloniyalı tələbələr aksiya keçirirlər: "Satqın, biz müstəqillik istəyirik!"
Barselona şəhərində tələbələr kütləvi etiraz aksiyası keçirilir. Məlumata görə, İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqilliyini elan etməyi tələb edən tələbələr San Jaume meydanında Barselona meriyası və jeneralitet (Kataloniya hökuməti) binalarının önünə toplaşıblar. Burada yaxın dəqiqələrdə Kataloniya hökumətinin sədri Karles Puçdemonun bəyanat verəcəyi gözlənilir.
Aztəminatlı, çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmi yaradılacaq
Azərbaycanda natamam, aztəminatlı, çoxuşaqlı və valideyn himayəsidən məhrum olan uşaqları himayəyə götürən ailələrə əlavə dəstək mexanizminin yaradılması nəzərdə tutulur.
Fazil Mustafa: “DTX-nin sonuncu əməliyyatı ölkədə iğtişaşın qarşısını aldı”
Bu günlərdə keçiriləcək mitinqdə terror aktı törətmək istəyənlərin məqsədinin Azərbaycan hakimiyyətini zərbə altında qoymaq olması mümkündür”. Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatı şərh edərkən deyib.
FİTZONA idman meydançasının açılışı olub
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində "IVY GROUP" şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib. Nəsimi Rayon İcra hakimiyyətindən verilən məlumata görə, Fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb.
"Azərişıq"dan rəsmi xəbərdarlıq-borcu olanların işığı kəsiləcək
"Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı oktyabrın 24-dən etibarən müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır. "Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Millət vəkili AŞPA-nın seminarına sədrlik edəcək
Oktyabrın 27-də Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçiriləcək. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva seminara sədrlik edəcək.
Masallıda evlərə qənim kəsimiş dəstə zərəsizləşdirilib
Masallı şəhərində yaşayan bir qadın rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.
Yeni nəsil şəxsiyyət vəsiqsi 20,5 milyona başa gələcək
Yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların hazırlanması və lisenziya blanklarının çap edilməsi üçün 2018-ci il dövlət büdcəsindən 20,5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. “Olaylar” xəbər verir ki, bu barədə məlumat “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Belə ki, bu, 2017-ci illə müqayisədə 12,8 milyon manat və ya 2,7 dəfə çoxdur.
“Bakıda terror törətmək istəyən şəxslərin neytrallaşdırılması DTX-nin uğurudur”
“Hesab edirəm ki, oktyabrın 28-də keçiriləcək mitinq zamanı terror törətmək istəyən qrupun əsas məqsədi hansısa siyasi qüvvəyə yaxın olmaq deyil. Onların əsas məqsədi ölkədə iğtişaş yaratmaq, sabitliyi pozmaq, qüvvələri bir-biri toqquşdurmaq və bundan faydalanmaqdır”.














