“Bakıda terror törətmək istəyən şəxslərin neytrallaşdırılması DTX-nin uğurudur”
“Hesab edirəm ki, oktyabrın 28-də keçiriləcək mitinq zamanı terror törətmək istəyən qrupun əsas məqsədi hansısa siyasi qüvvəyə yaxın olmaq deyil. Onların əsas məqsədi ölkədə iğtişaş yaratmaq, sabitliyi pozmaq, qüvvələri bir-biri toqquşdurmaq və bundan faydalanmaqdır”.
26 Oktyabr 2017 16:58 Siyasət"Hesab edirəm ki, mitinq zamanı terror törətmək istəyən qrupun əsas məqsədi hansısa siyasi qüvvəyə yaxın olmaq deyil. Onların əsas məqsədi ölkədə iğtişaş yaratmaq, sabitliyi pozmaq, qüvvələri bir-biri toqquşdurmaq və bundan faydalanmaqdır".
Bu fikirləri politoloq Fikrət Sadıqov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Milli Şuranın mitinqində terror planlaşdıran qüvvələrlə bağlı yaydığı açıqlamanı şərh edərkən deyib. O qeyd edib ki, əgər terror törətmək istəyən qüvvələr dini ekstremist dairələrin nümayəndələridirsə, onların arxasında Yaxın Şərqdə İŞİD-in tərkibində döyüşən şəxslər dayanır: "Bunu artıq istintaq göstərəcək". F. Sadıqov vurğulayıb ki, həmin şəxslərin neytrallaşdırılması DTX-nin uğurudur. Azadinform.az