Fazil Mustafa: “DTX-nin sonuncu əməliyyatı ölkədə iğtişaşın qarşısını aldı”
Bu günlərdə keçiriləcək mitinqdə terror aktı törətmək istəyənlərin məqsədinin Azərbaycan hakimiyyətini zərbə altında qoymaq olması mümkündür”. Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatı şərh edərkən deyib.
26 Oktyabr 2017 17:39 SiyasətBu günlərdə keçiriləcək mitinqdə terror aktı törətmək istəyənlərin məqsədinin Azərbaycan hakimiyyətini zərbə altında qoymaq olması mümkündür". Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatı şərh edərkən deyib.
Onun sözlərinə görə, hansısa qüvvələr Azərbaycanı Avropada təzyiq altında qoymaq istəyir: "Mitinqdə təxribatın törədilməsi məqsədi də məhz ölkədə iğtişaşın yaradılması və Azərbaycanı təzyiq altına salmaqdır. Bu baxımdan, DTX-nın bunun qarşısını vaxtında alması təqdirəlayiqdir". F.Mustafa əlavə edib ki, DTX-nin dövlət təhlükəsizliyini qorumaq üçün atdığı addımlar yüksək səviyyədədir. "Sonuncu əməliyyatlar da təhlükəsizlik baxımından olduqca yerində atılmış addımdır", - deyə o bildirib. Publika.az