Əli Kərimli terrorçularla da əməkdaşlığa hazırdır

Bəlli olduğu kimi, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatın ardınca təxirəsalınmaz tədbirlər görülüb və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs keçirilən əməliyyat tədbiri zamanı silahlı müqavimət göstərdiklərinə görə məhv ediliblər.

AXCP sədri "Milli Şura"nın mitinqində qəsdən qanlı hadisənin törədilməsi üçün maraqlı olub

Bəlli olduğu kimi, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatın ardınca təxirəsalınmaz tədbirlər görülüb və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs keçirilən əməliyyat tədbiri zamanı silahlı müqavimət göstərdiklərinə görə məhv ediliblər.

Lakin bu hadisənin növbəti məqamlarından biri də artıq məhv edilmiş terrorçu dəstənin "Milli Şura"nın növbəti mitinqində partlayış törətmək cəhdlərinin ifşa edilməsidir. Belə ki, radikal ekstremistlərin belə bir qərara gəlmələri arxasında AXCP sədri Əli Kərimli izinin görünməsi özünü kifayət qədər ehtiva etməkdədir. Çünki o daha öncələr də dəfələrlə bəyan etmişdi ki, hakimiyyətə yiyələnmək üçün istənilən şər qüvvələrlə, hətta şeytanlarla əməkdaşlığa getməyə hazırdır. Söz yox ki, Əli Kərimli üçün milli-mənəvi dəyərlərin, insani keyfiyyətlərin vacib faktor olmaması onun terrora dəstək verməsi ehtimallarını artırır. Məhz bu baxımdan, qənaətə gəlmək olar ki, AXCP sədri "Milli Şura"nın mitinqində qəsdən qanlı hadisənin törədilməsi üçün maraqlı olub. Çünki belə bir hadisə baş versəydi, o erməni lobbisinin və xarici havadarlarının vasitəsi ilə dövlətçilik maraqlarımıza qarşı ardıcıl zərbələr vurmağa başlayacaqdı. Sadəcə, DTX-nın göstərdiyi çeviklik və həyata keçirilən təxirəsalınmaz əməliyyat Əli Kərimlinin planlarını alt-üst etmiş oldu.

Baş verənlər isə artıq belə nəticəyə gəlməyə imkan verir ki, Əli Kərimli siyasi sonluğunu yaşadığını yaxşı anlayır və bunun baş verməməsi üçün hətta radikal-ekstremist terrorçularla da iş birliyinə gedə biləcəyini aşkar şəkildə nümayiş etdirir. Ancaq unudur ki, onun heç bir qaranlıq və çirkin əməlləri reallaşmayacaq, o cümlədən, şəxsi mənafe və maraqlarını həyata keçirə bilməyəcək. Həmçinin, şeytanlarla da əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edən AXCP sədri bu əməllərinə görə də cavab verməli olacaq.

Rövşən Nurəddinoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31