Pirotexniki vasitələr aşkar edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yanacaq çəninin içində düzəldilən xüsusi saxlanc yerindən, arxa oturacağın söykənəcəyindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 348 ədəd "Magical Shots40", 40 ədəd "Crackling Shots 100x100", hər birində 60 ədəd olmaqla 450 qutu "K0201", 85 ədəd "EK23", 3 ədəd "Romancandle" adlı pirotexniki vasitələr, 3 ədəd "X-BO" markalı mobil telefon qutusu aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31