Eldar Quliyev beynəlxalq təşkilatda sədr müavini seçildi

Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) PM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev 25-26 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində keçirilən 50-ci Hüquqi və siyasi məsələlər üzrə və 49-cu Mədəniyyət, elm və təhsil komitələrinin iclaslarında iştirak edib. “Olaylar” xəbər verir ki, deputat hər iki komitə iclasında geniş formatda çıxış edib.

Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) PM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev 25-26 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində keçirilən 50-ci Hüquqi və siyasi məsələlər üzrə və 49-cu Mədəniyyət, elm və təhsil komitələrinin iclaslarında iştirak edib. "Olaylar" xəbər verir ki, deputat hər iki komitə iclasında geniş formatda çıxış edib. O, çıxışında iclas iştirakçılarına Azərbaycan Respublikasında gənc ailələrə dövlət tərəfindən edilən dəstək proqramları ve digər sosial məsələlər barəsində danışıb, həmçinin sosial sektorda keçirilən reformalar haqqında ətraflı məlumat təqdim edib. Qeyd edək ki, Eldar Quliyev səs çoxluğu ilə QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini seçilib. Seçkilər zamanı Eldar Quliyevin namizədliyi yekdilliklə dəstəklənib. Xüsusi vurğulamaq lazımdır ki, bu qalibiyyət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq siyasətə ve parlamentlərarası əməkdaşlığa göstərdiyi diqqətin nəticəsidir. Məlumat üçün qeyd edək ki, Eldar Quliyev 2015-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31