Gündəm
Kəbənin üstü örtüləcək, Səudiyyə "açıq İslama" gedəcək - VİDEO
Səudiyyə Ərəbistanı Krallığının hakimiyyət dairələri Məkkədəki Kəbənin üstünü örtmək niyyətindədir. Kəbənin üzərində inşa ediləcək açılıb-yığılan damın tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub. "Məkkənin modernləşdirilməsi" adlanan layihənin təşəbbüskarı Səudiyyə Ərəbistanının varis şahzadəsi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman əl Səuddur. Layihə hələ rəsmi olaraq təsdiqlənməsə də, "çətir dam" adlanan layihənin miqyaslı modelinin videogörüntüləri və fotoları sosial şəbəkələrdə yayılıb.
İki həftə ərzində iki möhtəşəm “Cek Pot” uduldu: 99 min740 manat və 274 min 960 manat məbləğində...
Yaşadığımız oktyabr ayı lotereya həvəskarlarının xatirində yəqin ki, cari ilin uduşlarla ən zəngin ayı kimi qalacaq. Bəli, bu ayın əvvəllərində “6/40” lotereyasında qeyd olunan fantastik 274 min 960 manat məbləğində uduşun həyəcanı, sevinci hələ keçməmiş daha bir möhtəşəm uduş – 99 min740 manat məbləğində “Cek Pot” uduşu “5/36” lotereyasında qeydə alındı.
Nazir Şəmkirdə
Oktyabrın 26 – da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
İrəvanda taksi sürücüləri etiraza qalxır
Bu gün İrəvan Bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriləcək. Etirazçılar yeni lisenziya qaydalarından narazı olan taksi sürücüləridir. Bundan əvvəl taksi sürücüləri hökumət və parlamentin qarşısında toplaşaraq etiraz aksiyası keçirsələr də, onların probemləri indiyədək həll olunmayıb.
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib - SİYAHI
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
Vaqif Səmədoğlunun qızı: “Atam evlənəndə hönkür-hönkür ağladım”
Mənim həmişə atamla bağlı bir xatirə yadıma düşür. Amma bunun səbəbini bilmirəm ki, niyə bu xatirə ağlımdan çıxmır. Bu gün də bura gələndə həmin xatirə yaddaşımda canlandı, uşaqlığım gözümün qabağına gəldi. Bizim evdə, qonaq otağında böyük bir royal vardı. Atam o royalın üstünə "proiqrivatel", plastinkalar qoymuşdu. Mən nağıllara qulaq asırdım. Onda üç, ya dörd yaşında olardım. Hər gün bu təkrar olunurdu. Royalın üstünə çıxırdım, nağıllara qulaq asırdım, anam oyuncaqlarımı gətirirdi, yeməyimi verirdi. Bir dəfə atam gəlib dedi ki, Nigar, geyin, biz heyvanxanaya gedəcəyik.
Mübariz Qurbanlı: “Ermənilər yenə də uydurma xəbərlər yayırlar”
“Əlimizdə təkzibedilməz faktlar var ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində, zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətindəki tarixi abidələrimizi kütləvi sürətdə dağıdır”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıAzərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Moskvada keçirilən görüşündə imzalanan bəyanatda əks olunan “hər iki tərəfdə dini abidələr dağıdılır” fikrinə münasibət bildirərkən deyib.
AİB vitse-prezidenti: “Biz istəyirik ki, “Şərq tərəfdaşlığı” ölkələrinin gəncləri öz vətənlərində qalsınlar”
“Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrində, Lvovdan Bakıya kimi, infrastruktur və ətraf mühit layihələrinə dəstək verir”. Məlumata görə, bu sözləri Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Tallində “Şərq tərəfdaşlığı” ölkələrinin biznes forumunda deyib. O bildirib ki, Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrindəki layihələrə indiyə kimi 8 milyard avro həcmində dəstək verib: “Bu, böyük rəqəmdir. Bizim fəaliyyətimizin bir hissəsi rəqəmli iqtisadiyyatın dəstəklənməsinə yönəlib. Biz istəyirik ki, “Şərq tərəfdaşlığı” ölkələrinin gənc insanları öz ölkələrində qalsınlar və biznes üçün cəlbedici olan ABŞ və ya digər ölkələrə getməsinlər. Bizə zəngin, stabil “Şərq tərəfdaşlığı” ölkələri lazımdır”.
Tallində "Şərq tərəfdaşlığı" ölkələrinin biznes forumu keçirilir
Estoniyanın paytaxtı Tallində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin biznes forumu keçirilir. Məlumata görə,Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han, Estoniya prezidenti Kersti Kalyulayd, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak və digər rəsmi şəxslərin də iştirak etdiyi tədbirin mövzusu "Rəqəmsal iqtisadiyyat: Şəffaf, sərhədsiz biznes üçün innovativ platforma"dır.
Səfir: "Qazaxıstan Azərbaycanı 40 elektrovozla təmin edəcək"
"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə edilib". Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.
Respublikanın baş anestezioloqu Sumqayıtda klinikada 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə ifadə verəcək
Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynov vəsatətlə çıxış edib.
Kataloniya müstəqilliyini elan edəcək - İspaniya eyni gündə iki seçkiyə qatılacaq
İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayəti hökuməti müstəqillik elanını yerli parlamentdə səsverməyə çıxaracaq. Hökumət səsverməni İspaniya senatının konsitutsiyanın 155-ci maddəni səsverməyə çıxaracağı tarixdə - oktyabrın 27-də keçirəcək. Kataloniya müstəqillik cəhdlərinin qarşısını almaq istəyən İspaniyanın qərarları qarşısında geri çəkilməyəcək.
Komitə sədri: “İraqdakı Azərbaycan vətəndaşları zaman-zaman oradan gətiriləcək”
“İraqdakı azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, uşaqların oraya aparılması ilə əlaqədar araşdırma aparılmalıdır: “Görürsünüz, dini radikal qruplar nə qədər böyük fəsadlar törədir? O qrupların təsiri altına düşən Azərbaycan vətəndaşları nəinki özünü, övladlarını da faciə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır”.
Gələn ildən fəaliyyətə başlayacaq İşsizlikdən sığorta fondunun büdcəsi açıqlanıb
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində proqnozlaşdırılıb. Bu, "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
İbadidən Bərzaninin təklifinə ŞOK CAVAB
İraqın baş naziri Heydər əl-İbadi Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin qanunsuz “müstəqillik” referendumu ilə bağlı təklifini rədd edib. Bərzani keçirilən referendumun dondurulması təklifi ilə çıxış edib.














