Komitə sədri: “İraqdakı Azərbaycan vətəndaşları zaman-zaman oradan gətiriləcək”

“İraqdakı azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, uşaqların oraya aparılması ilə əlaqədar araşdırma aparılmalıdır: “Görürsünüz, dini radikal qruplar nə qədər böyük fəsadlar törədir? O qrupların təsiri altına düşən Azərbaycan vətəndaşları nəinki özünü, övladlarını da faciə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır”.

"İraqdakı azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, uşaqların oraya aparılması ilə əlaqədar araşdırma aparılmalıdır: "Görürsünüz, dini radikal qruplar nə qədər böyük fəsadlar törədir? O qrupların təsiri altına düşən Azərbaycan vətəndaşları nəinki özünü, övladlarını da faciə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır".

Komitə sədri bildirib ki, müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldur: "Mən əminəm ki, İraqda olan Azərbaycan vətəndaşları, xüsusilə qadınlar və uşaqlar zaman-zaman oradan gətiriləcək və onların təhlükəsizliyinin təmin edilməsi üçün bizim müvafiq qurumlarımız lazımi səviyyədə tədbirlər həyata keçirəcək". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31