Gündəm
İstanbulda atışma: yaralılar var
Türkiyənin İstanbul şəhərində iki silahlı qrup arasında atışma olub. İlkin məlumata əsasən, atışma nəticəsində iki nəfər yaralanıb. Hadisə yerinə polis bölmələri gəlib. Silahlı şəxslər axtarılır.
“Ya ölüm, ya təslim” müharibəsi – İŞİD-in son qalalarına HÜCUM ƏMRİ verildi
İraq ordusu Ənbər vilayətinin qərbindəki Qaim bölgəsini İŞİD terror təşkilatından təmizləmək əməliyyatlarına start verib. Əməliyyatın başlanması əmri İraqın baş naziri Heydər Əl İbadi tərəfindən verilib.
Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək - YENİ QAYDA
Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Onun üzərində mütəxəssislər geniş iş aparıblar.
Mübariz Qurbanlı: “Dini ekstremistlərə qarşı keçirilən əməliyyatlar onları maliyyələşdirənləri ayıltmalıdır”
“Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Türkiyədə yeni partiya - “İyi” qalmaqalla başladı
Türkiyədə Meral Akşenerin liderliyi ilə “İyi partiya” adlı yeni siyasi təşkilat yaradılıb. Partiya müxalif mövqeyi ilə seçilir. Partiyanın şüarı "Türkiyə daha yaxşı olacaq"dır. Partiyanın quruluşu, istifadə edilən loqo və şüarlar qalmaqallı müzakirələrə səbəb olub.
Ermənistanda əsgərlərin müalicəsinə məhdudiyyət qoyuldu
"Cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır". Bu barədə dünən Ermənistanparlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı ölkənin müdafiə naziri Vigen Sarkisyan bildirib.
Məktəblərin fəaliyyətinə son verildi – SƏBƏB?
Türkiyə Təhsil Nazirliyi Ankara, Hatay və İzmirdə bir sıra məktəbləri bağladı. Olaylar bildirir ki, nazirliyik Ankarada 2, Hatay və İzmirdə isə 4 məktəbin fəaliyyətinə son verib.
İlkinə avtomobili kim hədiyyə edib?
Xəbər verdiyimiz kimi, "Maşın şou"nun 15-ci sürətinin iştirakçılarından olan İlkin Misgərliyə avtomobil hədiyyə edilib. Dünən yerli mətbuatda İlkin Misgərliyə avtomobil hədiyyə edilməsi ilə bağlı xəbərlər yayılmışdı. İlkin Misgərli verilişin ötəngünkü buraxılışında bu xəbəri təsdiq edib. Aktyor ona avtomobil hədiyyə edən şəxsə təşəkkür edib.
Rusiya dünyanı dəhşətə gətirən silahını üzə çıxartdı: Fransanı xəritədən siləcək...
Rusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb. “Satan-2” Fransa böyüklüyündə ərazini bir atışla kül etmək gücünə sahibdir. Həmçinin, 10 min kilometr uzaqlıqdakı hədəfi vura bilir.
Məhkəmə Pakistanın sabiq Baş naziri Nəvaz Şərifin həbsinə order verdi
Pakistanın Korrupsiya İşləri üzrə Məhkəməsi sabiq Baş nazir Məhəmməd Nəvaz Şərifin həbsinə order verib. Məlumata görə, M.N.Şərif, qızı Məryəm Nəvaz və onun əri Məhəmməd Səfdər mülkiyyətin idarə edilməsi haqqında saxta müqavilə və qeyri-mötəbər məlumatlar təqdim etməkdə ittiham edilir.
Alimlərdən İNQİLABİ KƏŞF: Yanmış dəri qısa müddətdə bərpa ediləcək
Çinin Zejiyanq Universitetinin tibb fakültəsinin müəllimləri dərin yanıqların müalicəsində istifadə olunacaq analoqu olmayan süni dəri toxuması hazırlayıb. İnsan dərisinin kilid ünsürü olan kollagendən ibarət mal dərisindən düzəldilən süni dəri toxuması donuzlar üzərində sınaqdan keçirilib. Sınaqların nəticəsində süni dərinin tətbiq edildiyi bütün qisimlərdə dərinin əvvəlki halına qayıtması müşahidə edilib.
Hər toy üçün müəllif qonorarı ödənilməlidir - MƏBLƏĞ
Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorarın necə veriləcəyini açıqlanıb. Müəllif Hüquqları Agentliyi (MHA) bildirib ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyən dəyişikliklər edilib.
Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər
Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər. Məlumata görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli" keçirəcəklər. Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz" yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.
Xarici İşlər Nazirliyində FETÖ əməliyyatı
Ankara Terrorla Mübarizə Şöbə Müdirliyi FETÖ terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Olaylar bildirir ki, təhlükəsizlik qüvvələri Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarının yaşdıqları 30 ayrı –ayrı ünvanda eyni vaxtda əməliyyat həyata keçiriblər.
Qida zəhərlənmələrinin SON STATİSTİKASI dəyişdi
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib. Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.













