Gündəm
Özünü asan MTN polkovnikinin qardaşı bəraət aldı
Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.
3 ölkə ərazisində bir şəhər: ərəb şahzadəsinin 500 milyarlıq layihəsi
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məzəmməd bin Salman əl Səud Qırmızı dənizin sahillərində yeni, innovasiyalar şəhərinin inşa ediləcəyini bəyan edib.
Partlayışda yaralanan deputat əməliyyat olundu
Kiyevdə baş verən partlayışda yaralanan Ali Radanın deputatı, "Radikal" partiyasının üzvü İqor Moseyçuk əməliyyat olunub. Bu barədə İ.Moseyçukun mətbuat katibi bildirib. "Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Moseyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Moseyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir", məlumatda deyilir.
Güləşçilərimiz Rusiyada mübarizə aparacaq
28-29 oktyabr tarixlərində Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək.
Paytaxt məktəblərində 46798 şagird I sinifdə təhsil alır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46798 şagird I sinifdə təhsil alır.Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, həmin şagirdlərdən 46338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub.
Türkiyədə yeni siyasi dönəm başlayır
“Türkiyədə AKP iqtidarı ölkəni on ildən artıqdır ki, idarə edir. CHP və MHP hakim partiya qarşısında dayanaqlı müxalifət missiyasını yerinə yetirə bilmir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə qardaş ölkədə yeni siyasi partiyanın yaradılması xəbərinə münasibət bildirərkən səsləndirib.
Rusiyada polisə hücum: ölən və yaralananlar var
Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib. Naməlum şəxslər onların sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıb. Nəticədə 2 qanun keşikçisi yaralanıb.
XİN: CNN telekanalının şou aparıcısı "qara siyahı"ya düşdü
CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.
ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşdi
ABŞ və Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib. Yaponiya mətbuatının yaydığı məlumata görə, oktyabrın sonunda ABŞ nümayəndə heyəti ilə nəzərdə tutulan görüş son anda ləğv edilib. Rəsmi Pxenyan Norveçin paytaxtı Osloda baş tutacaq görüşü ləğv edib. İlkin ehtimala görə, səbəb ABŞ-ın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər olub.
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
Məlum olduğu kimi, ovucun içindəki xətlərə baxıb insanın gələcəyini oxumaq olar. Rusiyanın STI Universiteti ovucun içinin oxunması ilə bağlı yeni araşdırma aparıb. Araşdırmada bəzi insanların əllərinə baxılaraq onların həyatı və gələcəyi haqqında məlumatlar əldə ediblər.
Arktikada elmə məlum olmayan təkgöz canlı aşkar edildi
Kanada alimləri Viktoriya adası sularında daha əvvəl elmə naməlum olan buğumayaqlılar fəsiləsinə aid canlı aşkar ediblər. Bu haqda “National Geographic” saytında məlumat yerləşdirilib. Tədqiqatçıların sözlərinə görə, naməlum varlıq planktona aiddir, iki millimetr uzunluğundadır, səkkiz ayaq və bir gözə malikdir. Ağızın yoxluğu və iki bığın mövcudluğu da həmçinin qeyd edilir.
Sarkisyanın İlham Əliyevlə görüşdən qayıdan kimi atdığı addımın YENİ DETALLARI ÜZƏ ÇIXDI
Oktyabrın 16-da Cenevrədə Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edən Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinə qayıdan kimi baş nazir Karen Karapetyanla razılaşmasının yeni detalları ortaya çıxıb.
Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildirdi
Aparıcı Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makyajını sildi. “5/5” verilişinin dünənki qonaqları Şəbnəm Tovuzlu və Pərviz Bülbülə olub. Canlı efirdə aparıcı Zaur müğənni Şəbnəm Tovuzludan makyajını silməsini istəyib. Zaur “makyajını siləndə nə qədər çirk, sarı ləkələr çıxacaq”,- deyib.
Cavanşir Quliyev Türkiyə vətəndaşlığı aldı – SİYAHI
Milli Birlik Partiyası – Demokrat Partiya kökuməti Nazirlər Kabinetinin qərarı ilə 52 nəfərə vətəndaşlıq verilib. Nazirlər Kabinetinin 25/1993 saylı Vətəndaşlıq Qanununun 9-cu maddəsinin 1-ci bəndinin qərarına görə, 52 nəfərə Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlığı verilib.
22 müqavilə imzalandı
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev aralarında görüş keçirilib. Ölkələr arasında prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutub. "Prezidentlər səviyyəsində görüş 20 illik fasilədən sonra baş tutdu, buna görə də bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz Mirziyoyevlə təkbətək görüş keçirdik, daha sonra heyətlərlə danışıqlar apardıq. Görüşlər çox məhsuldar oldu", - deyə Ərdoğan bildirib.



.jpg)










