Türkiyədə yeni siyasi dönəm başlayır
“Türkiyədə AKP iqtidarı ölkəni on ildən artıqdır ki, idarə edir. CHP və MHP hakim partiya qarşısında dayanaqlı müxalifət missiyasını yerinə yetirə bilmir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə qardaş ölkədə yeni siyasi partiyanın yaradılması xəbərinə münasibət bildirərkən səsləndirib.
26 Oktyabr 2017 11:01 Siyasət"Türkiyədə AKP iqtidarı ölkəni on ildən artıqdır ki, idarə edir. CHP və MHP hakim partiya qarşısında dayanaqlı müxalifət missiyasını yerinə yetirə bilmir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə qardaş ölkədə yeni siyasi partiyanın yaradılması xəbərinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, hakim partiya bu iki muxalifət partiyasını demək olar ki, parçalayıb və neytrallaşdırıb: "Ərdoğanın Bahçeli və Klıçdaroğlu üzərində bu günə kimi qələbəsi danılmazdı. Məhz Ərdoğan siyasi taktika ilə iki partiya qarşısında güclülüyünü nümayiş etdirməklə, xalqın qarşısında öz qələbəsini təmin edib. Təbii ki, proseslər belə davam edəcəkdisə, AKP yenidən növbəti seçkilərdə qələbə qazanacaqdı. Hazırkı müxalifəti Ərdoğan idarə edirdi. Türkiyənin düşdüyü bu vəziyyətdən çıxarmaq üçün yeni siyasi bir prosesi aparacaq partiyaya ehtiyac var idi. Meral Akşener liderliyi ilə "İyi Partiya" təsis edildi. Bu partiyanın xalqın böyük dəstəyini qazanacağı, hakim partiya üçün əsas müxalifət partiyası olacağını istisna edilmir. "İyi Partiya" Ərdoğanın apardığı siyasətə qarşı güclü şəkildə xalqın siyasi etirazını formalaşdıracaq. Üçüncü siyasi qüvvəyə ehtiyac var idi ki,Türkiyə cəmiyyəti yeni siyasi dönəmə qədəm qoydu.Bundan sonra, Ərdoğan hakimiyyəti üçün çətin günlər gözlənilir. Xalqın böyük əksəriyyəti həm müxalifət, həm də iqtidardan yorulub. Amma, son şansda AKP -ni dəstəkləyib". Politoloq deyib ki, Meral Akşenerin partiyasına maraq böyükdür: "Xanım Akşener kifayət qədər nüfuzlu siyasətçidi. Xalqın bu partiyaya inamı formalaşacaq".