Məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək - YENİ QAYDA

Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: “Onun üzərində mütəxəssislər geniş iş aparıblar.

Məzarlıqlar barədə Nazirlər Kabineti xüsusi qərar qəbul edəcək. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır: "Onun üzərində mütəxəssislər geniş iş aparıblar. Yeni qaydalar tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək. Yeni qaydalara əsasən, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələr və s. yaradılmasına icazə verilməyəcək". M. Qurbanlı vurğulayıb ki, bu qaydalar məzarlıqlarda bütövlükdə vəziyyətin nizamlaması məqsədi daşıyır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31