Qida zəhərlənmələrinin SON STATİSTİKASI dəyişdi

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib. Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri hadisələrinin və onlardan zərərçəkənlərin sayı son 2 ildə 2 dəfəyə yaxın azalıb. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 520 qida zəhərlənməsi hadisəsi baş verib, 773 nəfər qidadan zəhərlənib. Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Qeyd edilən müddətdə 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31