AntiAzərbaycan şəbəkəsinin yeni ssenarisi

Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xofa düşən bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqləri artmaqda davam edir. Azərbaycana qarşı təzyiq kampaniyasının erməni disporası tərəfindən qaynaqlandığını nəzərə alsaq, Avropa ölkələrinin böyük əksəriyyətində müxtəlif planların cızıldığı qənaətinə gəlmiş olarıq. Deməli, Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkibində ölkədəki siyasi sabitliyi pozmaq cəhdindən tutmuş terror aktlarının törədilməsinə qədər bütün vasitələrin olması istisna deyil.

Mitinqlərdə terror aktlarının törədilməsi nəyə hesablanıb?

Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xofa düşən bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqləri artmaqda davam edir. Azərbaycana qarşı təzyiq kampaniyasının erməni disporası tərəfindən qaynaqlandığını nəzərə alsaq, Avropa ölkələrinin böyük əksəriyyətində müxtəlif planların cızıldığı qənaətinə gəlmiş olarıq. Deməli, Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkibində ölkədəki siyasi sabitliyi pozmaq cəhdindən tutmuş terror aktlarının törədilməsinə qədər bütün vasitələrin olması istisna deyil. Təəssüf ki, sözügedən ssenarilərin reallaşdırılmasında daxili antiAzərbaycan qüvvələri də yardımçı qismindı çıxış edirlər. Son günlər baş verən proseslər məlum ssenarilərin daxili satqınlar hesabına həyata keçirilməsi anlamına gəlir. Bu arada Milli Şuraya daxil olan siyasi partiyaların fəallaşmasını təsadüfi hesab etmək sadəlövlük olardı. Xatırladaq ki, son aylar ərzində MŞ-ya daxil olan siyasi təşkilatlar bir neçə dəfə mitinq keçirib. Ancaq sosial bazasının kifayət qədər daraldığını dərk edən Şura bu siyasi aksiyanın səmərəsiz olduğunu dərk edərək piket, yaxud yürüş taktikasına üstünlük vermək qərarına gəlib. Əslində sözügedən Şuranın "payız aksiyaları"na start verməsinin kökünü xarici antiAzərbaycan qüvvələri və onları maliyələşdirən erməni lobbisinin cibində axtarmaq yerinə düşərdi. Daha acınacaqlı hal ondan ibarətdir ki, Milli Şura, xüsusən bu təşkilatda liderlik funksiyasını üzərinə götürən AXCP sədri Əli Kərimli aksiyanın daha izdihamlı keçirilməsi məqsədilə radikal dindarlardan istifadə etmək qərarına gəlib. Elə bu səbədən də son vaxtlar saxta sosial şəbəkələr vasitəsilə dindarların aksiyalara dəvət edilməsi, AXCP sədrinin dindarların hüquqlarının müdafiəçisi görüntüsünün yaradılmasını təsadüfi hesab etmək olmaz. Yaranmış situasiyadan yaralanmaq qərarına gələn antiAzərbaycan şəbəkəsi fəaliyyətə keçərək radikal dindarlardan istifadə metoduna üstünlük verib. Ən "yaxşı" variant kimi radikal dindarların əli ilə kütləvi aksiyalarda terror aktlarının törədilməsi seçilib. Nə yaxşı ki, ölkənin təhlükəsiz orqanları planlaşdırılan terror aksiyasını vaxtında ifşa edərək zərərsizləşdirə bilib. Nəticədə paytaxt Bakıda törədilməsi nəzərdə tutulan terror aktlarının qarşısı alınıb. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah" ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir"i seçiblər. Müəyyən edilib ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də Xırdalan şəhəri ərazisində kompleks əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis" ləqəbli Məsimli Anar Mehman oğlu və "Əbu-Vakkaz" ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
   Qeyd edək ki, Milli Şura Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda mitinq keçirəcək. Aksiya Bakı Şəhər İcra Hakimyyəti ilə razılaşdırılıb. Bu arada nəzərdə tutulan terror aktlarının reallaşdırılması məqsədilə hətta təbliğat ruporu da işə salınıb. Saxta profillə qeydiyyatdan keçmiş saytlar, sosial şəbəkələr, hətta üzdəniraq telekanallar Azərbaycandakı dini duruma mənfi təsir göstərə biləcək gikirlər yayır, müxtəlif çağırışlar edirlər. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən "İnter.az" televiziyasının xarici qüvvələrin tənliğat ruporuna çevrilməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, sözgedən kanalda dini verilişlərə cəhaləti, xurafatı təbliğ edən şəxslər dəvət olunur, yad ideologiyalar təbliğ olinur ki, bu da nəticə etibarilə təxribatlara yol açır. Məsələnin ciddiliyni nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi baş verən proseslərə müdaxilə edib. Qurumun Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev qeyd edib ki, Komitə kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır. Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. İndiyədək aparılmış monitorinqlər zamanı İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyi bildirilib. Ümumiyyətlə, bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür.
Beləliklə demək olar ki, radikal müxalifət ardıcıl olaraq kütləvi aksiyalar keçirmək istəyində bulunacaq. Xarici havadarlarına hesabat vermək üçün həmin aksiyalarda iştirak sayının artırılması məqsədilə dindarların dəvət edilməsi də istisna edilmir. Deməli, Milli Şuranın aksiyalarında radikal dindarlar tərəfindən terror aktlarının törədilməsi məsələsi gündəmdə qalır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin və xalqının qanına susamış Milli Şura üzvləri və şəxsən AXCP sədri Əli Kərimli terror aktlarının törədilməsidən qətiyyən narahat deyillər. Əksinə, belə bir aksiyanın baş verəcəyi tədqirdə ondan siyasi məqsədlər, şəxsi mənafelər üçün istifadə şansı yaranacaq. Bu isə o deməkdir ki, Əli Kərimli iflasa uğramış siyasi karyerasını sadə Azərbaycan vətəndaşlarının qanı hesabına bərpa etməkdən belə çəkinmir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31