Siyasi şərhçi: “Sarkisyan aşağılıq kompleksindən əziyyət çəkir”

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın sərsəm bəyanatlar verməsində təəccüblü heç nə yoxdur". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın sərsəm bəyanatlar verməsində təəccüblü heç nə yoxdur". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ermənilərə başçılıq edən şəxslər həmişə üzdə bir söz, arxada başqa söz deməyə öyrəncəlidirlər: "Yəni bu onların xislətindən irəli gəlir. Ermənistan prezidentinin də məlum görüşdən sonra faktiki olaraq daxili ictimai rəyə hesablanmış açıqlamaları o qəbildəndir. O özü də anlayır ki, Azərbaycan Prezidenti qarşsında hər addımda zəif görünür. Ən adi bir görüşdə, danışıqlarda Azərbaycan Prezidenti bütün xarizması və arxasındakı gerçək xalq gücüylə Ermənistan prezidentini mənən məhv edir. Ona görə də Sargsyan belə görüşlərdən sonra özünü üstün göstərmək üçün uğursuz cəhdlər edir. Qınamıram. Çünki adam aşağılıq kompleksindən əziyyət çəkir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31