Gündəm
Elmar Məmmədyarov: “İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var”
“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E. Məmmədyarov deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".
Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin noyabrın sonlarında görüşü razılaşdırılıb. Məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Azərbaycan prezidenti: “Bəziləri Bakı-Tbilisi-Qars layihəsinin uğurla başa çatacağına inanmırdılar”
“Bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı”. Məlumata görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir: “Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir”.
“BTQ Azərbaycanın infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir. Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannaməsi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətlə razılaşdırılması hələ 1990-cı illərin ortalarına gedib çıxırdı”. Bunu millət vəkili Tahir Mirkişili deyib.
Azərbaycanın çox böyük ixrac potensialı var
Azərbaycanda həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər, xüsusilə iqtisadi sahədə qazandığımız uğurlar və əldə edilən iqtisadi inkişaf bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən də müsbət qiymətləndirilir və təqdir olunur. Bir qayda olaraq həmin təşkilat və qurumların il ərzində bir neçə dəfə yaymış olduğu hesabatlarda Azərbaycan iqtisadi göstəricilərinə görə, qabaqcıl ölkələr sırasında qərarlaşır.
Milli dövlətlərə qarşı savaş açan Soros
Sovetlərin dağılması ərəfəsi və ondan sonra meydana gələn terminlərdən biri də “açıq cəmiyyət” anlayışı oldu. O zaman bir çoxları bu anlayışın nə məna kəsb etdiyi və onun arxasında kimin durduğunun fərqində olmadığından istər-istəməz “açıq cəmiyyətin” tilovuna düşüb bir növ onun əsrinə çevrildilər.
“Müstəqillik” arzularına ikili yanaşma
Qərb, Avropa nə qədər katalonları öz inadlarından geri döndərməyə, onları müstəqillik istək və arzusundan uzaq tutmağa çalışsa da, qarşı tərəf də bir o qədər öz qərarında israrlı olduğu görüntüsü yaradaraq mübarizənin müsbət sonluqla başa çatdırılmasına çalışır. Və elə bu səbəbdəndir ki, katalonların müstəqillik referendumundan sonra keçən müddət ərzində tərəflər arasında mövcud problemi aradan qaldırmaq hələ ki, mümkün olmur. Hər nə qədər katalonların atmış olduğu addım bir növ separatizmə cəhd kimi dəyərləndirilsə də, lakin burada təzadlı və qəribə görünən mənzərə ondan ibarətdir ki, bir müddət əvvəl Qərb və Avropa eyni yanaşmanı digər regionlarda meydana gələn bu kimi problemlər zamanı da sərgiləmirdi. Əksinə bəzən dolayısıyla, bəzən isə açıq şəkildə dəstək nümayiş etdirirdi.
Dünya sahibkarlarının investisiya forumu keçiriləcək
31 oktyabr – 2 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov Bəhreyn Krallığının Baş naziri Xalid bin Salman Əl Xəlifənin himayəçiliyi və UNIDO-nun İnvestisiya və Texnologiyaların Təşviqi Ofisinin təşkilatçılığı ilə Manamada (Bəhreyn Krallığı) keçiriləcək 2017 - Dünya Sahibkarlarının İnvestisiya Forumununda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a SAM-dan daxil olub. Bildirilib ki, forumun bu ilki mövzusu Sahibkarlıq və İnnovasiyaların təşviqi yolu ilə Dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə həsr edilib.
Sahtekarlar, soya kıymasını renklendirip et döner diye satıyor
Et fiyatlarının 50 liraya ulaşması sahtekarları da harekete geçirdi. Bazı restaurant ve döner kafeleri, soya kıymasını ve tavuk etini lohusa şekeri ile renklendirip et döner diye satmaya başladı. Et fiyatlarının 50 liraya ulaşması sahtekarları da harekete geçirdi. Bazı restaurant ve döner kafeleri, soya kıymasını ve tavuk etini lohusa şekeri ile renklendirip et döner diye satmaya başladı. Bu tür sahtekarlıkların son dönemde arttığını belirten Memnun Döner yöneticilerinden Ercan Çiftçi "Son 2 yıldır dönerdeki sahtecilik tavan yaptı. Halk bilmiyor. Ama 7-8 TL'ye et döner satmak mümkün değil. Ucuz olarak satılan dönerin içerisinde ne ararsan var" dedi.
“Veysəloğlu” rəhbərliyi əməkdaşlarının yüksək bal ilə tələbə adını qazanan övladları ilə görüş keçirib
Veysəloğlu Qrup Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib.
Aİ: BTQ dəmir yolu xəttinin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır
“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır”. “Olaylar” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilib. “Avropa İttifaqı yeni dəmir yolu dəhlizinin açılmasını alqışlayır
Nazir: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur
ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov bildirib.
İbrahim Mehdiyevin tikinti şirkəti Yasamalda həyətləri dağıdır
Yasamal rayonunda Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respulikası qanunlarına həyasızcasına hörməsizlik edən «ELİTE CİTY» MMC-nin növbəti işinin şahidi olmuşlar. Belə ki, «ELİTE CİTY» MMC-nin muzdla tutduğu adamlar ağır texnikadan istifadə edərək, guya, həyətdə qanunsuz söküntü nəticəsində yaranmış zibilliyi təmizləmək adı ilə yeni 14 mərtəbəli yaşayış binasının tikintisi üçün qazıntılara başlamağa cəhd göstərmişlər.
BTQ dəmir yolu Azərbaycan üçün əlavə iqtisadi fayda yaradacaq
Bu, həm də yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanıdır 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalandı.
Hacı Quliyev və İradə İsak tezliklə yeni layihədə - “Ümidlə gəl”
Noyabrın 6 – dan etibarən, həftə içi üç gün-bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:15-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Televiziya kanallarının sosial məsələlər üzrə eksperti Hacı Quliyev və teleaparıcı İradə İsakın “Lider TV”də “Ümidlə gəl” layihəsinə start veriləcək. Proqramda sosial mövzular və əsasən də sosial yönlü kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur.














.jpg)