Dünya sahibkarlarının investisiya forumu keçiriləcək

31 oktyabr – 2 noyabr tarixlərində Azərbaycan Respublikasının  Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov Bəhreyn Krallığının Baş naziri Xalid bin Salman Əl Xəlifənin himayəçiliyi və UNIDO-nun İnvestisiya və Texnologiyaların Təşviqi Ofisinin təşkilatçılığı ilə Manamada (Bəhreyn Krallığı) keçiriləcək 2017 - Dünya Sahibkarlarının İnvestisiya Forumununda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a SAM-dan daxil olub. Bildirilib ki, forumun bu ilki mövzusu Sahibkarlıq və İnnovasiyaların təşviqi yolu ilə Dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə həsr edilib.

31 oktyabr - 2 noyabr tarixlərində Azərbaycan Respublikasının  Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov Bəhreyn Krallığının Baş naziri Xalid bin Salman Əl Xəlifənin himayəçiliyi və UNIDO-nun İnvestisiya və Texnologiyaların Təşviqi Ofisinin təşkilatçılığı ilə Manamada (Bəhreyn Krallığı) keçiriləcək 2017 - Dünya Sahibkarlarının İnvestisiya Forumununda iştirak edəcək. Bu barədə məlumat "OLAYLAR"-a SAM-dan daxil olub. Bildirilib ki, forumun bu ilki mövzusu Sahibkarlıq və İnnovasiyaların təşviqi yolu ilə Dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə həsr edilib.

Müxtəlif sektorlardan olan 1000 nəfərədək sahibkarın və maliyyə qurumları rəsmi nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Kontinental-Dəniz İpək yoluna daxil olan müxtəlif ölkələri təmsil edən sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq maliyyə qurumlarının rolu, investisiya qoyuluşu  mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, Mahir Hümbətov konfrans çərçivəsində "İpək yolu: Dövlət və Özəl sektorun rolu" mövzusunda çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31