Hacı Quliyev və İradə İsak tezliklə yeni layihədə - “Ümidlə gəl”

Noyabrın 6 – dan etibarən, həftə içi üç gün-bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:15-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Televiziya kanallarının sosial məsələlər üzrə eksperti Hacı Quliyev və teleaparıcı İradə İsakın “Lider TV”də “Ümidlə gəl” layihəsinə start veriləcək. Proqramda sosial mövzular və əsasən də sosial yönlü kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur.

Noyabrın 6 - dan etibarən, həftə içi üç gün-bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:15-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Televiziya kanallarının sosial məsələlər üzrə eksperti Hacı Quliyev və teleaparıcı İradə İsakın "Lider TV"də "Ümidlə gəl" layihəsinə start veriləcək. Proqramda sosial mövzular və əsasən də sosial yönlü kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur.

Layihənin mətbuat xidmətinin Olaylar - a  verdiyi məlumata görə hal-hazırda proqram üzərində ciddi iş gedir və çox böyük peşəkar yaradıcı qrup çalışır: "Proqramla bağlı yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb olunub. Hər xırda detala belə xüsusi diqqət yetirilir. İrade İsak və Hacı Quliyevin imici ilə hazırda xarici stilislər məşğuldur. Proqram üçün geyimler bir neçə ay öncədən hazırlanmağa başlayıb.

Proqramın dekoruna da xüsusi fikir verilir. Bir neçə şirkətdən dekor layihələri alınsa da, dekor seçimi uzun sürən müzakirələrdən və peşakarların rəyinden sonra öz təsdiqini tapıb. Hazırda əsasən bölgələrimizdə çəkilişlər aparılır. Hər iki aparıcı bölgələrdə qonaq olaraq, insanların problemləri ilə yaxından tanış olmaq üçün səfər edirlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31