Gündəm
Qarabağ məsələsində Azərbaycan üstün mövqedədir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indi maraq doğuran başlıca məqam Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündən sonra konfliktlə ilgili proseslərin hansı müstəvidə cərəyan edəcəyidir. Bir ildən də artıq müddətdən sonar prezidentlərin yenidən görüşün keçirilməsi bütün diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ən azından ona görə ki, məhz bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllində konkret yeniliklərə səbəb olacaq.
İnsanlara ağır xəsarət yetirən sürücülər tutulmayacaqlar
Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək.
Qız internetdə idman ayaqqabısı sifariş etdi, peşman oldu - FOTO
İnternet vasitəsilə alış-verişin belə tərəfləri də var - məhsulu yerindəcə seçib götürə bilmirsənsə, o zaman istənilən sürprizə hazır ol. Bu qız "alıexpress" onlayn-mağazasından belə bir idman ayaqqabısı sifariş edib.
Dönərçilərin fırıldağı: toyuq ətini mal əti adıyla satırlar
Türkiyədə ətin qiymətinin 50 lirəyə (25 manat) qalxması fırıldaqçıları hərəkətə gətirib. Türkiyənin onlarla restoran və kafelərində toyuq ətinin mal əti adıyla satıldığı məlum olub. Belə ki, bəzi kafe və restoranlarda dönərçilər toyuq ətini və ya soya qovurmasını lohusa şəkəri ilə mal əti kimi rəngləndirib, ət dönəri adı ilə baha qiymətə satırlar.
"İranlı Mühacirlər Cəmiyyəti" İB üçüncü "dəyirmi masa"nı Şamaxıda keçirib
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi" layihəsi çərçivəsində bölgələrdə keçirdiyi "dəyirmi masa"lara yekun vurub. Ötən cümə günü Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində düzənlənən regional tədbirdə bu rayonda və İsmayıllıda məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, eləcə də müxtəlif qurumların təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Gəncə və Zaqatalada olduğu kimi burada da öncə Ümummilli Liderimizin abidəsi ziyarət edilib, ora tər gül-çiçəklər düzülüb.
Danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə bir çox beynəlxalq ekspertlər, politoloqlar ümidlə baxsalar da, lakin Azərbaycan cəmiyyətinə gün kimi aydın idi ki, İrəvan gec-tez hansısa bir təxribat törətməklə danışıqlarda əldə edilən hansısa xırda detalı belə pozmağa, ona mane olmağa çalışacaq. Çünki bu Ermənistanın ənənəvi siyasəti idi və neçə illərdir ki, işğalçı ölkə eyni oyunu oynayır. Bu dəfə də fərqli bir şey baş vermədi və Azərbaycan Prezidenti ilə görüşdən dəqiqələr sonra Serj Sərkisyan Qarabağdan heç bir halda vaz keçməyəcəklərini açıq şəkildə bəyan etdi. Bu azmış kimi ölkəsinə qayıdan kimi verdiyi təlimat əsasında Ermənistan Ordusu yenidən cəbhə xəttində gərginliyi artırdı, yeni təxribatlara əl atdı. Nəticədə bir həbiçimiz şəhid oldu.
Yıldız Tilbe səhvini başa düşdü, yoxsa...
İki gün öncə “ O səs Türkiyə”nin növbəti verilişində heç kimin gözləmədiyi hadisə baş verdi. Münsiflərdən biri Yıldız Tilbe Azərbaycan mahnısını ifa etdi və bununla da Azərbaycan auditoriyasını sözün əsl mənasında təəccübləndirdi. Tilbe istedadlı müğənnimiz Rühəngiz Musəvinin bir zamanlar ifa etdiyi və bir çox türk müğənnilərinin zaman-zaman oxuduğu “O dedi yox, yox” mahnısını oxudu. Təəccüb doğuran məqamlardan biri odur ki, yarışmanın ötən bölümlərinin birində azərbaycanlı iştirakçı Pərvin Səfərovun ifasına dönməməyini “mahnıda şivəni bəyənməməsi”ni absurd bir fikirlə əsaslandırmışdı.
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev tələbələrlə görüşdü
2 qat paralimpiya, 2 qat dünya və 7 qat avropa çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Qarabağ qazisi İlham Zəkiyev Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Olaylar bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə idmançı həyatı, fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.
3 FETÖ – cü sərhəddə saxlanıldı
Türkiyənin Ədirnə vilayətində qeyri –qanuni yolla Yuananıstana keçmək istəyən şəxslər saxlanılıb. Olaylar bildirir ki, saxlanılan şəxslərin FETÖ terror təşkilatının üzvləri olduqları məlum olub. Dindirildikdən sonra həmin şəxslərin ByLock istifadəçisi olduğu məlum olub.
Regionun geosiyasi xəritəsinə yeni düzəliş
Nəhayət ki, çoxdan gözlənilən tarix gəlib çatdı. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən gedir. Üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə layihə iştirakçıları deyil, eləcə də böyük bir coğrafiyaya fayda verəcəyi danılmazdır. Bakı-Tbilisi-Ceyhandan sonra həm regional, həm də beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həm siyasi, həm də iqtisadi dividentləri kifayət qədərdir. Elə əksər ekspertlər, siyasilər də belə düşünür.
Azərbaycan musiqisi Avstriyada
Avstriya Teleradiosu , Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər. Olaylar bildirir ki, universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam ansamblı, konsertmeyster Vüqar Əhədov və magistr tələbəsi, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ifa edib.
Etüd turunun sərgisi təşkil olundu
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin Tərənnümü” etüd müsabiqəsinin davamı olaraq baş tutan etüd turunun sərgisi açılıb. Olaylar bildirir ki, sərgidə etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman Şamaxı təbiətini tabloya köçürdükləri əsərlər təqdim olunub.
Türk lirəsi sürətlə ucuzlaşır
Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.
Rəvan ikinci dəfə boşanma səbəbini efirdə AÇIQLADI - Mən utanıram ona bunu deməyə
ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Rəvan Qarayev bu yaxınlarda dağılan ailə həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI açıqlandı
Azərbaycanda daha çox yayılan sinir sistemi xəstəliklərinin adları açıqlanıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan sinir sistemi xəstəlikləri sırasında ilk yeri damar xəstəlikləri tutur.




.jpg)









