Qarabağ məsələsində Azərbaycan üstün mövqedədir

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indi maraq doğuran başlıca məqam Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündən sonra konfliktlə ilgili proseslərin hansı müstəvidə cərəyan edəcəyidir. Bir ildən də artıq müddətdən sonar prezidentlərin yenidən görüşün keçirilməsi bütün diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ən azından ona görə ki, məhz bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllində konkret yeniliklərə səbəb olacaq.

Ölkəmiz hərbi, diplomatik şərtləri diqtə edən tərəf qismində çıxış edir
 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indi maraq doğuran başlıca məqam Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündən sonra konfliktlə ilgili proseslərin hansı müstəvidə cərəyan edəcəyidir. Bir ildən də artıq müddətdən sonar prezidentlərin yenidən görüşün keçirilməsi bütün diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ən azından ona görə ki, məhz bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllində konkret yeniliklərə səbəb olacaq. Çünki artıq yaxın tezlikdə ya razılaşma, ya da müharibə yolu ilə konfliktin həlli istiqamətində qəti addımlar atılması gözlənir. Rusiyalı politoloq Qriqori Trofimçuk da hesab edir ki, münaqişənin nizama salınması çərçivəsində müəyyən addımlar atılması gözləniləndir. Onun fikrincə, bu günlərdə ABŞ-ın Minsk Qrupuna yeni həmsədr təyin etməsi və xarici işlər nazirlərinin Nyu-York, ardınca prezidentlərin Cenevrə görüşü məsələnin həlli istiqamətində müəyyən addımlatın atıla biləcəyini istisna etmir: "Bu görüşlər müəyyən optimizm yaradır. Görüşdən öncə əsəbi vəziyyətin olması, fikrimcə, normaldır". Rusiyalı politoloq hazırda diqtə edən tərəfin Azərbaycan olduğunu vurğulayıb: "Azərbaycan "aprel müharibəsi"ndə ərazilərin bir qismini geri qaytardı və hazırda diqtə edən tərəf kimi Ermənistana təzyiq göstərir. Azərbaycan özünə güvənir, sadəcə olaraq, danışıqların gecikməsini qəbul etmir. Bakı nizamasalma prosesinin daha sürətli keçməsini istəyir. Ermənistan müharibənin başlamaması üçün danışıqlara getməyə məcburdur. Çünki "aprel müharibəsi"nə qədər erməni tərəfi vəziyyətə nəzarət edirdisə, bu gün güc Azərbaycanın tərəfindədir. Sarkisyan anlayır ki, danışıqlardan imtina edəcəksə, müəyyən razılıağa getmyəcəksə, regionda hərbi vəziyyət qızışacaq. Ermənistan danışıqlardan imtina edərsə, bu, müharibənin başlanması deməkdir".
Vəkil Rövşən Qasımov qeyd edib ki, görüş ərəfəsində xoşa gəlməyən addım şimal qonşumuzun Ermənistana kredit hesabına yeni silahlar verməsidir. Xatırladlaq ki, hələ 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müəyyən növ silahlar almaq üçün 200 milyon dollar kredit verməyə razılığını bildirib. Artıq Ermənistan hökuməti 100 milyon dollarlıq kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla-S" zenit raket kompleksləri, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepek" ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənir. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq. Əslində, bundan əvvəl də müxtəlif vaxtlarda təcavüzkar Ermənistanın Rusiya tərəfindən silahlandırılması haqqında kifayət qədər faktlar qeydə alınıb. Özü də bu proses prezidentlərin görüşü ərəfəsində baş tutub. O da faktdır ki, Moskvanın Ermənistana bu formada hərbi yardım etməsi Rusiyanın Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını pozması ilə bərabər, regionda vəziyyəti müəyyən qədər gərginləşdirir. Kreml bununla Azərbaycanla olan dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinin də ruhuna zidd addımlar atır. Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistana hərbi yardım artıq Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri mandatını və onun obyektivlyini də şübhə altında qoyur. O da aydındır ki, Ermənistana silahın tədarükünü Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında balanslaşdırılmış siyasət kimi deyil, təcavüzə dəstək kimi qiymətləndirmək olar. Lakin bu cür addımların atılması ilə Azərbaycanı öz mövqeyindən geri çəkilməyə vadar etmək də mümkün deyil. Ən azından ona görə ki, Moskvanın bütün yardımlarına baxmayaraq, Azərbaycan hərbi cəhətdən Ermənistandan kifayət qədər güclüdür və bu vəziyyətdə o da şübhəsizdir ki, prezidentlərin görüşündə şərtləri diqtə edən məhz Azərbaycan olub. Elə erməni rəhbərliyi də bilir ki, Rusiyadan kredit hesabına aldığı silahlar cəbhədə güc nisbətini hansısa formada Ermənistanın lehinə dəyişə bilməz. Əvvəla ona görə ki, Ermənistanın aldığı yeni silahların onlarla misli Azərbaycanda var. İkinci bir tərəfdən, Azərbaycan ordusunun ixtiyarında elə silahlar mövcuddur ki, onlardan ümumiyyətlə Ermənistanda yoxdur. Digər tərəfdən nəzərə alaq ki, hərb üçün 100 milyon dollar elə də böyük bir məbləğ deyil və prinsipcə, Ermənistan bununla cəbbəxanasını yeniləyə bilməyəcək. Ancaq Ermənistanın çəkə bilmədiyi maliyyə yükünü üzərinə götürməsi Rusiya tərəfindən istənilən halda qəbuledilməz addım sayılır. O da məlum həqiqətdir ki, hazırda Ermənistan iqtisadiyyatı tam şəkildə Rusiyanın inhisarındadır, eyni zamanda Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edib, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da burada saxlanır. Yəni Rusiyanın bütün istiqamətlər üzrə Ermənistana təsiri kifayət qədər böyükdür. Elə Azərbaycanın da əsas gözləntisi odur ki, Kreml bu təsir gücündün istfiadə edərək Qarabağ məsələsinin həllində Ermənistanın konkret addımlar atmasını təmin etsin. Amma bunu etmək əvəzinə, Moskva Ermənistandakı hərbi xuntanı silahlandırır. Düzdür, bunun əsas məqsədi həmin rejimin yaşamasına dəstək verməkdir, amma belə vəziyyət digər tərəfdən həmin xuntanın təcavüzkarlığına rəvac verir. Ekspertlər birmənalı şəkildə vurğulayır ki, bütövlükdə Rusiyanın Ermənistana silah göndərməsi bölgədəki vəziyyəti kəskinləşdirməyə yönələn addımdır. Bu addım, həmçinin, Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması deməkdir. Bununla yanaşı, Rusiyanın Ermənistanı kredit adı altında silahlandırması, əslində, Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə də tamamilə ziddir. Eyni zamanda, belə bir addım Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistana hərbi yardımı artırması fonunda baş verirsə, bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi obyektiv fəaliyyətini sual altına alır. Düzdür, bəzi rus ekspertlər diqqəti ona yönəldir ki, Ermənistana verilən silah başqa ölkəyə ötürülə, başqa ölkənin ərazisində təcavüz məqsədilə istfiadə oluna bilməz. Amma faktdır ki, Ermənistana satılan silahların əksər hissəsi az sonra işğal olunmuş Azərbaycan ərazilərində peyda olur. Bu fakt Moskvanın özünə də yaxşı məlumdur. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, Rusiyanın Ermənistana ötürdüyü silahlar Azərbaycan və Ermənistan arasında hərbi balans yarada bilməz.
Ümumiyyətlə, Azərbaycan elə Rusiyanın özündən Ermənistanın bundan sonra hələ uzun illər əldə edə bilməyəcəyi qədər müasir silahlar alıb. Bura hələ digər ölkələrdən alınan silahlar əlavə olunmur. Belə vəziyyət onu göstərir ki, Azərbaycan və Ermənistan arasında hərbi balans yaratmaq sadəcə qeyri-mümkün haldır. Qeyd edilən reallığı Moskva özü də yaxşı bilir. Amma belə vəziyyətdə o, Ermənistanı silahlandırmaqla öz imicinə, obyektivliyinə ciddi şəkildə xələl gətirir. Bununla belə, qeyd olunduğu kimi, Ermənistana kənardan edilən bütün yardımlara rəğmən, Azərbaycan kifayət qədər üstün bir mövqedədir və Qarabağ məsələsində istər hərbi, istərsə də diplomatik şərtləri diqtə edən tərəf qismində çıxış edir. Hətta erməni mediası da yazır ki, yaxın illər ərzində Ermənistanın Azərbaycanla hansısa formada balans yaratması mümkünsüzdür. "İravnuk" qəzeti bildirir ki, Sarksiyan hakimiyyəti iqtidarda olduğu müddət ərzində Ermənistan daha böyük fərqlə Azərbaycana uduzmaqda davam edəcək: "Sarksiyan və komandası Ermənistanı fəlakət həddinə çatdırıb. Ermənistan sürətlə tənəzzül edir və bu durum artıq Qarabağ məsəəlsinin taleyinə də təsirini göstərir. Bizim bu hakimiyyət nəticəsində Qərblə korlanan münasibətlərimiz bu cəbhədə də Qarabağ məsələsində Ermənistana hansısa ümid vermir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31