Regionun geosiyasi xəritəsinə yeni düzəliş
Nəhayət ki, çoxdan gözlənilən tarix gəlib çatdı. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən gedir. Üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə layihə iştirakçıları deyil, eləcə də böyük bir coğrafiyaya fayda verəcəyi danılmazdır. Bakı-Tbilisi-Ceyhandan sonra həm regional, həm də beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həm siyasi, həm də iqtisadi dividentləri kifayət qədərdir. Elə əksər ekspertlər, siyasilər də belə düşünür.
30 Oktyabr 2017 13:53 SiyasətYaxud bütün türk ölkələrini birləşdirən Bakı-Tbilisi-Qars
Nəhayət ki, çoxdan gözlənilən tarix gəlib çatdı. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən gedir. Üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə layihə iştirakçıları deyil, eləcə də böyük bir coğrafiyaya fayda verəcəyi danılmazdır. Bakı-Tbilisi-Ceyhandan sonra həm regional, həm də beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həm siyasi, həm də iqtisadi dividentləri kifayət qədərdir. Elə əksər ekspertlər, siyasilər də belə düşünür.
Millət vəkili Sahib Alıyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bayram kimi əlamətdar hadisədir. Onun sözlərinə görə, bu günün önəmi təkcə onda deyil ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevirilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılmış olur. Və bununla da ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır: "Bir daha vurğulayırıq ki, əlbəttə bu önəmlidir. Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir. Xatırladaq ki, on il bundan öncə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin özülü qoyular-qoyulmaz Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirlməsinə yönəlmiş "futbol diplomatiyası" deyilən bir oyun ortaya atıldı. Bunun ardından da hardasa 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmirə başladıldı. Nə idi bu təmirdə məqsəd? Bakı-Tiflis-Qars dəmir yolu xəttininin önəmini heçə endirmək. Həm də təkcə iqtisadi baxımdan yox. Əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, Azərbaycanın və təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma böyük türk xalqı ayağa qalxdı, bu məkrli plan baş tutmadı, Sürix protokollarıyla birgə hara lazımdırsa ora da getdi.
Bu planın məkrliliyini daha yaxşı anlamaq üçün 1899-cu ildə işə salınan elə həmən o Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək gərəkir. Onu ikinci Nikolay çəkdirmişdi. Məqsəd də Türkiyəni Qarsadan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirmək idi. Bəli, Tiflis-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu plandada ən mühüm yer haylara ayrılmışdı. Plan alınmadı. Rusiya birinci dünya savaşında uduzdu, inqilab baş verdi. Sonra SSRİ yardıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistan etdilər. Azərbaycanla Türkiyə arasında hay anklavı yaratdılar. Bununla da təkcə Azərbaycanı Türkiyəylə deyil, Altayları Anadoluyla birləşdirən zəncir qırıldı". Millət vəkili deyib ki, bu gün pollad qollarla həmin zəncir yenidən birləşdirilir: "Gürcüstan üzərindən birləşdirlir. Onu Böyük Heydər Əliyevin oğlu cənab İlham Əliyev edir. Üç böyük türk dövlətinin böyükləri-Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentləriın liderləri bu Birlik gününün önəmini vurğulamaq üçün bu gün Bakıda bir araya gəlirlər".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropanı birləşdirən "Böyük İpək Yolunun" əsas hissəsidir. Onun qənaətincə, Trans Xəzər vasitəsilə Çin və Mərkəzi Asiya ölkələrindən daşınan yüklərin böyük hissəsi, məhz bu yol vasitəsi ilə Rusiyadan yan keçməklə, Avropa bazarlarına daşınacaq: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Bakıya gəlişini, iki türk dövlətinin Azərbaycana verdiyi siyasi-iqtisadi dəstəyin nəticəsi kimi qiymətləndirmək lazımdır. Məhz üç türk dövləti Türkiyə -Qazaxıstan və Azərbaycan regionda inkişaf edən, geosiyasi proseslərdə əhəmiyyətli siyasət aparan ölkələrdir. Bu ölkələrin siyasi qərarlarda vahid olması, layihənin səmərəliliyinin və inkişafının artırılmasında mühüm əhəmiyyət kəsb edir". Politoloq bildirib ki, Ankara-Bakı-Astana siyasi-iqtisadi birliyi BTQ layihəsinin işə düşməsi ilə daha da inkişaf edərək, siyasi ittifaq formalaşdıra bilər: "Üç türk dövlətinin ittifaqının yaradılması, digər siyasi birlik formatlarından fərqli olaraq, strateji müttəfiqlik səviyyəsinə gətirilməsi, Rusiyanın regionda təzyiqlərinin qarşısında sipər olar. Mərkəzi Asiya və Qafqazda beynəlxalq güclərin maraqlarının toqquşduğu bir situasiyada, yeni iqtisadi-siyasi formatın yaradılması, regionda əhəmiyyətli dərəcədə geosiyasi-geoiqtisadi proseslərin Azərbaycanın milli maraqlarına uyğun şəkildə müsbət təsir göstərəcək". Məhəmməd Əsədullazadə qeyd edib ki, regionun işğalçı ölkəsi olan Ermınistanın BTQ regional dəmir yolu xəttindən kənarda saxlanılması, bu ölkınin Avropaya açılan qapıdan məhrum olmasına, milyon dollarla vəsaitdən kənarda qalmasına səbəb olacaq: "Qeyd edək ki, Ermənistanın işğalçı siyasətinə son qoyarsa, bu layihədən yararlanıb, Avropaya quru yolla çıxışı təmin olunar. Və, yükdaşımalar vasitəsilə öz iqtisadi inkişafına töhfə verər. Görünüyü kimi, Rusiyanın forpostu olan Ermənistanın iqtisadi blokadası, bu ölkənin iqtisadi defoltunu dərinləşdirir. Artıq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə geostrateji bir layihə regionda ümumi təhlükəsizliyə xidmət edəcək. Rusiyanın bundan sonra, bu meqa lahiyəyə qarşı təzyiqləri isə, səmərə verməyəcək".
S.İsmayılbəyli