Azərbaycan musiqisi Avstriyada
Avstriya Teleradiosu , Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər. Olaylar bildirir ki, universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam ansamblı, konsertmeyster Vüqar Əhədov və magistr tələbəsi, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ifa edib.
30 Oktyabr 2017 13:51 MədəniyyətAvstriya Teleradiosu , Azərbaycan Mədəniyyət Mərkəzi və "Salam Orient" festivalının birgə təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada "Salam Orient" ("Salam Şərq") festivalı çərçivəsində "ORF Radiokulturhaus" konsert zalında keçirilən "Muğam və klassik musiqinin görüşü" adlı konsertdə iştirak ediblər.
Olaylar bildirir ki, universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam ansamblı, konsertmeyster Vüqar Əhədov və magistr tələbəsi, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ifa edib.
Konsertdə Azərbaycandan dəvət olunmuş muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti Avropa klassikası ilə Şərq musiqisinin keyfiyyətli və uğurlu sintezi kimi tamaşaçılara təqdim edilib.
"Avstriya 1" radiosu tərəfindən lentə alınan konsert yaxın müddətdə radionun dünya musiqisinə həsr olunmuş verilişlərində səsləndirilməsi nəzərdə tutulur.