Gündəm
QMİ sədrinin müavini: "Mədrəsələrin kollec statusu alması tələbələrin sayına müsbət təsir göstərib"
"Azərbaycanda dini mədrəsələrə kollec statusunun verilməsi bu təhsil ocaqlarının tələbə qəbuluna müsbət təsir göstərib". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı deyib. Onun sözlərinə görə, Zaqatalanın Əliabad qəsəbəsindəki İslam Kolleci, hafizlərin hazırlanması ilə məşğul olan Şəki İslam Kolleci və Bakı şəhərindəki "Şəbnəm" Qızlar İslam Kolleci builki planını doldurub: "Kollec statusunun verilməsi məktəbləri bitirənlərin iş məsələsinin həllində müsbət rol oynayacaq. Mədrəsələrin diplomları tanınmadığından məzunların işlə bağlı imkanları geniş olmurdu".
İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb - YENİLƏNİB
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb. Məlumata görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.
Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınır
“Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Regionun ikinci böyük siyasi-iqtisadi layihəsi
“Bu gün mühüm tarixi hadisəyə, Bakı-Tiflis-Ceyhan əsas əsas ixrac neft boru kəmərindən sonra regionun ikinci böyük iqtisadi-siyasi layihəsinin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışına şahidlik edəcəyik.
Belarusda Müslüm Maqomayevin yubileyi qeyd olunub
Belarusun Jlobin şəhərində Azərbaycanın və SSRİ-nin xalq artisti, müğənni və bəstəkar Müslim Maqomayevin 75 illik yubileyi konsert proqramı ilə qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsiundən “OLAYLAR”-a daxil olan məlumata görə, “Bütün zamanların adı: Müslüm Maqomayev” musiqi lahiyəsi çərçivəsində keçirilən “Sən mənim melodiyamsan” adlı konsert proqramında yerli musiqiçilər iştirak edib. Konsertdə Müslüm Maqomayevin bəstələdiyi musiqilər və böyük sənətkarın repertuarından mahnılar ifa olunub.
Rusiyanın Cənubi Qafqazla bağlı yeni planları
Müntəzəm olaraq Rusiya rəsmilərinin dilindən Azərbaycan barədə səslənən müəyyən fikirlər, yaxud onların Azərbaycanı hansısa ölkələrlə eyniləşdirmək cəhdləri haqlı olaraq cəmiyyətdə Rusiyanın rəsmi dairələrinə qarşı narazılıq yaradır, kəskin reaksiyaya səbəb olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanla bağlı heç də xoş olmayan ifadələr, fikirlər Rusiyanın iki rəsmi şəxsi tərəfindən daha çox səslənir.
Əmək Nazirliyi tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha 16 nəfər işsiz və işaxtaran vətəndaşa biznes-planlarına uyğun ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) təqdim olunub.
Türkiyə prezidenti: "Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək"
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılış münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam". Məlumata görə, bunuBakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Binəli Yıldırım: “Bu yol Avrasiya coğrafiyasında mədəniyyətləri də birləşdirəcək”
"Bu yol Avrasiya coğrafiyasında mədəniyyətləri də birləşdirəcək” . Məlumata görə, bu, Türkiyə baş naziri Binəli Yıldırımın Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirə göndərdiyi təbrik məktubunda yer alıb.
Özbəkistan baş naziri: "Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir"
"Özbəkistan Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi önəm verir, bu sahəyə investisiyalar qoyur". Məlumata görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Özbəkistan baş naziri Abdulla Aripov bildirib.
Nazir: "Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafı üçün irəliləyiş olacaq"
"Bakı-Tbilsi-Qars dəmir yolu layihəsi region iqtisadiyyatının inkişafı üçün irəliləyiş olacaq". Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib.
Polis bölməsinə hücum – Həlak olanlar var
Taliban rejimi Əfqanıstanın Zabul əyalətinin Argandab rayonunda yerləşən polis bölməsinə hücum təşkil edib. Olaylar bildirir ki, hücum zamanı 6 polis əməkdaşı həlak olub, 3 polis ağır yaralanıb. Polis əməkdaşları və Taliban qüvvələri arasında baş verən silahlı insdent zamanı 8 sivil vətəndaşın həlak olduğu, 12 nəfərin yaralandığı qeyd edilir.
Qazaxıstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"
"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq". Məlumata görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib.
Gürcüstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi mövcud iqtisadi reallığı dəyişəcək"
"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qarslayihəsi böyük diqqətə layiqdir". Məlumata görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
Xəzəryanı ölkələrin XİN başçılarının bu il Moskvada görüşü keçiriləcək
"Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.














