Gündəm

Avtomobildən 4400 manat aparan ələ keçib

30 Oktyabr 2017 16:18

Avtomobildən 4400 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon ərazisində “Nissan” markalı avtomobildən 4400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli İbrahimov tutulub.

Xızıda qardaş-qardaşı güllələyib

30 Oktyabr 2017 16:16

Oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib. Ş.Məhərrəmov Xızı RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.

Qonağı qətlə yetirən uzaq gedə biməyib

30 Oktyabr 2017 16:15

Xudat şəhərində münaqişə zəminində qətl törədilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 28-də Xaçmaz rayonunun Xudat şəhərində rayon sakini Bəxtiyar Çobanov evində münaqişə zəminində qonağı olan həmyerlisi Hikmət Babayevi küt və kəsici alətlə qətlə yetirərək hadisə yerini tərk edib. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Çobanov tutulub.

Avtomobil oğrusu ifşa edilib

30 Oktyabr 2017 16:13

Avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də və 28-də rayon ərazisində 2 avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Böyük Əmilli kənd sakini Zahid Zahidli tutulub.

İnək oğrusunun qolları qandallanıb

30 Oktyabr 2017 16:10

İribuynuzlu mal oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 7-də Lerik rayonunun Ləkər kənd sakini Məhərrəməli Talıbova məxsus 1 baş və oktyabrın 24-də Qılqılov kənd sakini Hidayət Zahidova məxsus 2 baş inək otlaq sahəsindən oğurlanıb. Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Nazim Nəsirov tutulub.

Mobil telefon oğrusu saxlandı

30 Oktyabr 2017 16:09

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisində 1 qadının cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini Vüqar İsmayılov tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.

Azərbaycanda siyasi plüralizm ən yüksək səviyyədə təmin olunur

30 Oktyabr 2017 16:08

Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Belə ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

Peruda YADPLANETLİLƏRİN cəsədləri aşkar edildi

30 Oktyabr 2017 16:03

Perunun “Naska” mağarasında uzun başlı, üç barmaqlı bir neçə mumiyalanmış bədən tapılıb. Bu barədə “Metro” məlumat yayıb. Çoxları düşünürlər ki, bu, “gəlmələr”in qalıqlarlarıdır. Lakin skeptiklər başqa fikirdədir. Britaniyalı alim Edson Vivanko bildirib ki, "gəlmələr"in başları şübhəsiz orijinaldır, çünki onlarda insan kəllələrinin xüsusiyyətlərinə dair bütün əlamətlər var. Bu halda ekspert Vivanko istisna etmir ki, tapıntı Yerdən kənar mənşəyə də malik ola bilər.

Kreml prezidentlərin Tehran görüşünü təsdiqləyib

30 Oktyabr 2017 15:58

Azərbaycan, Rusiya və İran prezidentləri noyabrın 1-də Tehranda görüşəcəklər. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani üç ölkə arasında siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər. 

“Anadolu” agentliyi: “BTQ ilə Londondan Pekinə birbaşa getmək olacaq”

30 Oktyabr 2017 15:54

Tarixi İpək Yolunu yenidən canlandıran bir layihə kimi tanınan “Bakı-Tiflis-Qars” (BTQ) dəmiryolunda ilk qatar hərəkət edəcək.   Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Agentliyin yaydığı məlumatda bildirilir ki, Çindən Avropaya birbaşa dəmiryolu nəqliyyatını təmin edəcək BTQ-nn Bakının Ələt limanındakı açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan dövlət başçısı İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qatılacaq.

5 terrorçu təslim oldu

30 Oktyabr 2017 15:53

Uşaq bağçası bağlandı - İnfeksiyaya görə

30 Oktyabr 2017 15:52

Rusiyanın İrkutsk vilayətində kəskin bağırsaq infeksiyasının yayılması ilə əlaqədar uşaq bağçası bağlanıb. Məlumata görə, Bratsk şəhərində 6 uşaq bu xəstəliyə yoluxub. Həmin uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir, müalicələri davam etdirilir. 

Rusiyada azərbaycanlılar arasında atışma - Qıza görə

30 Oktyabr 2017 15:50

Leninqrad vilayətində gecə klublarından birində ötən gecə gənclər arasında atışma baş verib. Travmatik silahdan açılan atəşdən beş nəfər yaralanıb. Yaralıların hamısı azərbaycanlılardır. Onların arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da olub. 

Əflatun Amaşov tələbələrlə görüşüb

30 Oktyabr 2017 15:48

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. 

Bu ilin sonuna qədər bürcləri nə gözləyir? - Ekstrasens yazır...

30 Oktyabr 2017 15:45

Məşhur parapsixoloq, ekstrasens bioenerji, metafizik uzmanı Zərinə Ulduzun 2017-ci ilin sonuna qədər bürclərin sevgi, maddi və sağlamlıqları haqqında yeni praqnozları təqdim edirik.