Gündəm

Baş Prokurorluq Fədayə Laçının həbsini təsdiqlədi

30 Oktyabr 2017 17:11

Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ziyad Səmədzadə: İqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək

30 Oktyabr 2017 17:10

“Bu gün iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Türkiyə prezidenti: "Azərbaycanla investisiyalarımızı beş il ərzində 30 milyard dollara çatdırmaq imkanımız var"

30 Oktyabr 2017 16:59

"Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub.

Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir

30 Oktyabr 2017 16:58

“Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu səbəbdən də, həm ulu öndərimiz Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub”. 

Məşqçilər üçün texniki təlim kursu keçirilib

30 Oktyabr 2017 16:55

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutmuş voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub.

Serj Sarkisyan Moskvaya gedir

30 Oktyabr 2017 16:54

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Rusiyaya işgüzar səfər edəcək. Bunu Yerevanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib. Onun sözlərinə görə, S.Sarkisyan Moskvada “Ermənistan mədəniyyəti günləri”nin açılışında iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan parlamenti sədrinin, müdafiə nazirinin, deputatların və başqa rəsmilərin də Rusiyaya səfəri planlaşdırılıb.

Kataloniya parlamenti fəaliyyətini dayandırdı

30 Oktyabr 2017 16:50

Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır. Məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb. Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclası da təxirə salıb.

Azərbaycanla-Aİ danışıqlarının növbəti mərhələsinin VAXTI və YERİ açıqlandı

30 Oktyabr 2017 16:45

"Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 6-7-i Brüsseldə keçiriləcək". Bunu  Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

"Fədayə Laçın həbs olunmayıb, yalandır" - Bacısından açıqlama

30 Oktyabr 2017 16:42

Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb. Saytımıza açıqlama verən müğənninin bacısı İlahə Fəda məlumatı təkzib edib.

Bərzaninin istefasından sonra... "Kürd hərəkatına “haram” qatdı"

30 Oktyabr 2017 16:39

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefa verməsi Ərbil və İraqda çalxalanmaya səbəb olub.

İran XİN-in sözçüsü: “Çox maraqlıyıq ki, Azərbaycan və Ermənistan sülh və inkişaf istiqamətində addımlar atsınlar”

30 Oktyabr 2017 16:36

“İran Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ilk ölkədir. Müharibənin qızğın vaxtında, qanlı hadisələr zaman atəşkəsə nail olmaq uğur idi”.

Bilik Fondu ilə Gürcüstanın Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb

30 Oktyabr 2017 16:35

Bilik Fondu ölkə əhalisinin maarifləndirilməsi istiqamətində layihələr, tədbirlər həyata keçirir. Bir çox xarici ölkələrin Azərbaycandakı səfirlikləri, Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstanın elm, təhsil və mədəniyyət ocaqları ilə əməkdaşlığa dair müqavilələr imzalanır. Olaylar bildirir ki, əməkdaşlığa dair növbəti saziş Gürcüstanın İlya Çavçavadze adına Bilik (“Tsodna”) Cəmiyyətinin təşəbbüsü ilə Bilik Fondu və Gürcüstanın Bilik Cəmiyyəti arasında imzalanıb.

Səyyar tibbi müayinə  - Göygöldə

30 Oktyabr 2017 16:33

"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub. Olaylar bildirir ki, aksiya çərçivəsində 550-ə yaxın vətəndaş müraciəti qeydə alınıb. Aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

“Səni parçalayaram, ikiyə bölərəm” - İrəvan teatrında daha bir QALMAQAL

30 Oktyabr 2017 16:23

İrəvan Dövlət Dram teatrında daha bir qalmaqal yaşanıb.  Əjdər Zeynalovdan sonra teatrın direktoru İftixar Piriyev aktyor Elçin Hacıyevi işdən çıxarmaq istəyib.

Paytaxtdakı ət dükanlarında reyd keçirildi

30 Oktyabr 2017 16:22

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 28-də paytaxtın Xətai və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində növbəti birgə reyd keçiriblər.