Səyyar tibbi müayinə - Göygöldə
"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub. Olaylar bildirir ki, aksiya çərçivəsində 550-ə yaxın vətəndaş müraciəti qeydə alınıb. Aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.
30 Oktyabr 2017 16:33 Sosial"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Olaylar bildirir ki, aksiya çərçivəsində 550-ə yaxın vətəndaş müraciəti qeydə alınıb. Aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.