Məşqçilər üçün texniki təlim kursu keçirilib
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutmuş voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub.
30 Oktyabr 2017 16:55 İdmanBeynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Voleybol Federasiyasının texniki və Azərbaycan Voleybol Federasiyasının, həmçinin Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutmuş voleybol məşqçiləri üçün texniki kurslara yekun vurulub. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilmiş bir həftəlik Level-1 təlim kursları birinci komitənin inzibati binasında və Bakı Olimpiya Kompleksində həyata keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a MOK-un mətbuat xidmətindən daxil olub. Bildirilib ki, layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərini yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçiləri tərəfindən keçirilir. Türkiyəli təlimçi Nejat Sancak ilə keçirilən təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir. Layihədə ümumilikdə 32 məşqçi iştirak etmişdir. Kurs 21 - 26 oktyabr tarixlərində keçirilib.. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.