Azərbaycanda siyasi plüralizm ən yüksək səviyyədə təmin olunur

Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Belə ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Belə ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər. Qətiyyətlə demək olar ki, ölkədə sözügedən qurumların sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti siyasi plüralizmin göstəricisi kimi dəyərləndirlir. Çünki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolunun vacibliyini nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Qətiyyətlə demək olar ki, Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün hər cür imkan yaradılıb. Belə ki, ölkədə fəaliyyət göstərəin siyasi partiyalar nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək imkanına malikdirlər. Siyasi təkşkilatlar öz üzvlərinin siyasi fəallığına rəvac vermək, vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək, nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək, siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək hüququndan gen-bil istifadə edə bilirlər. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər.
 Azərbaycanda yerli özünüidarə orqnlarının sərbəst fəaliyyəti üçün də tələb olunan bütün imkanlar yaradılıb. Milli qanunvericiliyə əsasən yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi məqsədilə digər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar daxilində, onlarla birləşmək hüququna malikdir. Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da yerli özünüidarə orqanlarının ümumi mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil olmaq hüququ tanınır. Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaşlıq etmək hüququ verilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda fəaliyət göstərəb bir çox bələdiyyə xarici ölkələrin uyğun qurumları ilə əməkdaşlıq edir, qarşılıqlı əməkdaşlıqda bulunur. Sadalanan faktlar deməyə əsas verir ki, yerli özünüidarəetmə haradasa dövlət fəaliyyətinə yaxındır. Eyni zamanda, dövlət idarəçiliyi kimi, bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlib. Bu onu da sübut edir ki, yerli özünüidarəetmə bir sıra sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir. Azərbaycanda da yerli özünüidarə orqanlarına bu sərbəstlik tam şəkildə verilib. Bu isə o deməkdir ki, Azərbaycanda siyasi plüralizmin əsaslarından birini təşkil edən yerli özünüidarə orqanlarına kifayət qədər səlahiyyətlər və azadlıqlar verilib. Nəticədə yerli özünüidarəetmə institutu idarəçilik sistemində mühüm yer tutmaqla, əhalinin yerli sosial-iqtisadi, ekoloji və sair problemlərinin operativ və səmərəli həllinə yönəlib. Beləliklə, yerli özünüidarəetmə institutlarının səmərəli fəaliyyəti dövlətin bu qurumların inkişafına yaratdığı şəraitdən, ölkə üçün yerli özünüidarəetmə formalarının düzgün seçilməsindən asılı olduğunu nəzərə alsaq, deməli ölkəmizdə bələdiyyələrin fəaliyyətinmi siyasi plüralizmin nümunəsi kimi qəbul etmək mümkündür.
Azərbaycanda siyasi plüralizmin mövcudluğunu təsdiq edən amillərdən biri də azad, dövlətdən asılı olmayan ictimai təşkilatların olmasıdır. Vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə, təbii ki, Azərbaycan dövlətinin bütün qeyri-hökumət təşkilatların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olub. Müstəqillik dönəmində Azərbaycanda QHT-lərin fəaliyyəti əsas etibarilə 2000-ci il 13 iyun tarixində qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunla tənzimlənir. 2000-ci ildən sonra bu qanuna bir neçə dəfə dəyişikliklər edilib və qanun daha da təkmilləşdirilib. Bundan əlavə, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra digər normativ-hüquqi aktlar da qəbul olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı qısa müddət ərzində yeni-yeni QHT-lər yaradılıb.Vətəndaş cəmiyyətləri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmağa başlayıb, sosial-iqtisadi proseslərin iştirakçısına çevrilib. Ötən müddət ərzində QHT sektorunda kifayət qədər nəzərəçarpacaq layihələr həyata keçirilib. Nəzərə almaq lazımdır ki, əvvəllər dövlətlə QHT arasında olan əməkdaşlıq formaları çox inkişaf etməmişdi, QHT-lər xarici donorlardan asılı vəziyyətdə idi. Ölkədə Prezident Yanında Qeyri-hökutət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandıqdan sonra vətəndaş cəmiyyətləri yeni mərhələyə qədəm qoymuş oldu. Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan Şura dövlətin ayırdığı vəsaiti QHT-lərin layihələrinə yönəltmək səlahiyyətinə malik oldu. Bu fakt göstərdi ki, dövlət QHT sektorunu maddi baxımdan dəstəkləmək əzmindədir. QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətlərinə QHT-lərin yaranması, formalaşması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərin fəaliyyəti üçün münbit şəraitin yaradılması, onların informasiya təminatı və beynəlxalq əlaqələrinin qurulmasında texniki dəstəyin verilməsi və s. məsələlər əks olunub. Bütün bunlar şuranın fəaliyyət dairəsinə daxildir. Onu da qeyd etmək lazımdır ki, bu müddət ərzində QHT sektorunda xüsusi canlamanı müşahidə edilib. Etiraf edilməlidir ki, İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur. Sirr deyil ki, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti arasında qarşılıqlı münasibətlər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin hüquqi bazasına söykənib. Bu isə ölkədə siyasi plüralizmin bərqərar olmasının göstəricisidir.
Özünü dünyaya demokrtaik ölkə kimi təqdim edən Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Qətiyyətlə demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi davam etməkdədir. Ölkəmiz İslam sivilizasiyasının bir parçası olaraq müsəlman dünyasının gələcəyinin quruluşlanmasında aktiv rol oynamaq patensialına malikdir. Avropa modernizm dəyərlərini mənimsəyərək İslam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus İslam mədəniyyəti yarada bilən Azərbaycan Şərq-Qərb arasında körpü rolunu oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Şərqlə Qərb arasında dialoq, harmoniya, əməkdalıq yarada bilmə imkanına sahibdir. Çünki, Azərbaycanda bərqərar olmuş dini plüralizm ən yüksək səviyyədədir. Bu ölkədə yaşayan vətəndaşların dini mənsubiyyətindən, dini təriqəsindən asılı olmayaraq hər bir kəsə vicdan və əqidə azadlığı verilib. Məlumdur ki, hər bir dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolu əvəzsizdir. Bu sahədə boşluğun mövcud olması, cəmiyyətə kənardan ideoloji baxışların mütəmadi sirayət etməsinə, cəmiyyət, xüsusən isə gənclər arasında yad dünyagörüşlərin, ideoloji baxışların yayılmasına şərait yaradır, milli və mənəvi dəyərlərimizin zəifləməsi, təhrifə məruz qalmasına səbəb olur. Kənar ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu vacib şərtdir. Azərbaycanda dini plüralizmin ən bariz nümunəsi dini münasibətlərin ölkə Konstitusiyasında əksini tapmasıdır. Bununla da ölkənin ən ali qanununda dövlə-din münasibətləri tənzimlənmiş olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu isə o deməkdir ki, ölkədə bütün dini etiqadlara qarşı eyni münasibət sərgilənir. Hətta bir çox xarici ölkələrdən fərqli olaraq müxtəlif dinin nümayəndələrinin dini ayinləri icra etməsi üçün dövlət vəsaiti hesabına ibadət yerləri təmir edilir. Bundan başqa, Azərbaycan Respublikasında heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Azərbaycan dövləti digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi Azərbaycan xalqının vahidliyini pozan, məzhəbdaxili sistem formalaşdıran, cəmiyyətinin mövcud dəyərlərinə zidd təbliğat aparan dini təriqətləri, məzhəbləti və missioner sektaları rədd edir. Bu baxımdan dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz. Deməli, Azərbaycanda dini plüralizm də ən yüksək səviyyərə təmin olunur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31