Xəzəryanı ölkələrin XİN başçılarının bu il Moskvada görüşü keçiriləcək

"Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov bildirib ki, gələn il Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək: "Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Bu istiqamətdə irəliləyişlər var". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31