Gündəm
Fənn müsabiqələri keçirilib
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb.
Millət vəkilinin təşəbbüsü ilə əhaliyə tibbi yardım göstərilib
99 saylı Şəmkir kənd Seçki Dairəsindən seçicilərin müraciəti əsasında millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir rayonunda Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə əhaliyə tibbi yardım göstərib.
Ölkəmiz və dövlətimizlə fəxr etməyə dəyər
“Dünən Lənkaranda təqribən 4 bal gücündə qeydə alınan zəlzələnin episentri bilirsinizmi haradaymış? İranla İraqın sərhəddində. Oradakı 7,4 ballıq zəlzələ Azərbaycanın bir hissəsində də özünü hiss etdirib. Hə, Yaxın Şərq adlandırılan regionun bizə doğrudan da çox yaxınmış”.
Ermənilər 126 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
İlk yardım Türkiyədən gəldi
İraqda baş verən 7,2 bal gücündəki zəlzələdən sonra Ərbil şəhərindəki Türkiyə Qızıl Aypara Cəmiyyəti hərəkətə keçib. Cəmiyyətin müdiri Kərəm Kınık Türkiyədən də bir yardım qrupunun yola çıxdığını bildirib.
ABŞ-ın İndiana ştatında atışma: 7 yaralı
Azərbaycan güləşçiləri Millətlər Kubokunda ikinci oldular
11-12 noyabr 2017-ci il tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə yekun vurulub. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar. Yarışlarda yığmamızın idman şərəfini ümumilikdə 16 güləşçi qoruyub.
Şamaxıdan Bakıya qaçırılan qız özünü binadan atdı
Şamaxı şəhər sakini Bakıda intihar edib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Xalidə Elşən qızı Kərimova çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı - FOTOLAR
Türkiyənin Çorum bölgəsində yaşayan Onur Temiz internetlə tanış olduğu azərbaycanlı Leyla Əlizadə ilə kənddə özlərinə toy edib. İnternet vasitəsi ilə tanış olan Onur Temiz ilə Azərbaycanda yaşayan Leyla Əlizadə bir müddət görüşdükdən sonra evlənməyə qərar verib. Ailələrini internetdən kamera vasitəsilə tanış edən gənclər rəsmi işlərini də tamamladıqdan sonra ailə həyatı qurub.
5 ulduzlu oteldə YANĞIN
Flippin lideri Trampa mahnı oxudu
“Türkologiya” jurnalının beynəlxalq uğuru
AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb. Bununla bağlı Olaylar.az- a məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.
Yeni prezident seçildi - Sloveniyada
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.
“Facebook”da peyğəmbəri təhqir etdi- Yaşadığı kəndi yandırdılar
Banqladeşin Thakurbari adlı kəndinin sakini “Facebook”da Məhəmməd peyğəmbəri təhqir edib. Bundan qəzəblənən 20 minə yaxın insan etiraza qalxaraq, həmin şəxsin yaşadığı kəndi yandırıb.
Zəlzələ qurbanlarının sayı 141 nəfərə çatdı, 1000-dən çox yaralı var - YENİLƏNDİ
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. Bu barədə “Fars” agentliyi xəbər verib. İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.













