Gündəm

“Tək qol” ləqəbli terrorçu öldürüldü

23 Noyabr 2017 15:33

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə keçirilən əməliyyat nəticəsində öldürülən terrorçular arasında 2016 -cı ilin 29 iyun tarixində İstanbul Atatürk Hava limanında qanlı terror hadisəsinin təşkilatçılarından olan "Tək Qol" ləqəbli Ahmed Çatayev də var . Onun Türkiyədən Gürcüstana qaçaq yolla keçdiyi ehtimal edilir. Çatayevin İŞİD terror təşkilatının rəhbərlərindən biri olan Ömər Şeşeninin göstərişi ilə terror hadisələri törətdiyi bildirilir.

Faciənin qarşısı alındı

23 Noyabr 2017 15:31

Türkiyənin Bursa şəhərindən İspaniyanın Marbela şəhərinə doğru uçuşa  hazırlaşan özəl təyyarə son anda qəzadan  xilas olub. Belə ki, hava limanının əməkdaşı Əminə Danışın diqqəti sayəsində uçuş zolağına çıxan təyyarənin pitot balonlarının bağlı olduğu məlum olub.

Bakı Biznes Universitetində  “Ölkəmizi tanıyaq” mövzusunda  inşa-yazı müsabiqəsi keçirilib

23 Noyabr 2017 15:30

23 noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Yasamal rayonu məktəblilərinin “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəni giriş sözü ilə Universitetin rektoru i.e.d.,professor İbad Abbasov açaraq məktəbliləri salamlamış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən yeniyetmə gənclərin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişdirilməsi üçün yaradılan  imkanlardan biri kimi Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Biznes Universitetinin təşəbbüsü ilə  “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin cənub bölgəsinə maarifləndirici tur-aksiyası təşkil edilmişdir.

Biləsuvar rayonunda pambıq istehsalçılarına güzəştli kreditlər verilib

23 Noyabr 2017 15:27

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumu noyabrın 23-də Biləsuvar rayonunun Aşagı Cürəli kəndində keçirib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Deputat “qan pulu”nun ödənilməsini tələb etdi

23 Noyabr 2017 15:26

“Dövlət borcları və yığım əmsalı çox böyükdür. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır”.

Parlamentdə qanpulu və əlillərin məsələsi qaldırıldı

23 Noyabr 2017 15:22

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında 2018-ci ilin dövlər bürcə zərfinin müzakirəsi davam etdirilib. Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev MM-in 2018-ci il üçün xərclər smetası haqqında məlumat verib. Bildirib ki, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb.

Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində

23 Noyabr 2017 15:21

Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsərinin məşqləri uğurla davam edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. “Pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi iki hissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub.”, - deyə M. Ələkbərzadə bildirib.

Qətərdən "küsən ölkələrdən" ilk olaraq Misir barışdı - Viza rejimini bərpa edir

23 Noyabr 2017 15:14

Misir noyabrın 24-dən Qətərlə viza rejimini bərpa edəcək. Məlumata görə, bu barədə qərar ölkə Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib və Misir Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilib.

Meksika dəhşət içində: "Şəhərcikdə yaşayanların olduğunu bilmirdik" - VİDEO

23 Noyabr 2017 15:05

Meksikada insanları dəhşətə gətirən hadisə baş verib. Ölkənin qərb istiqamətində yerləşən Monterey əyalətində yaşayış evləri çöküb. Bir neçə həftə öncə salınan şəhərcik tipli yaşayış məntəqələrinin hansı səbəbdən çökdüyü araşdırılır.

Qan qrupu haqqında bilməli olduğunuz MARAQLI FAKTLAR

23 Noyabr 2017 15:03

Dörd qrup qan var və onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar. Bu yazıda oxucuları qan qrupu haqqında bilməli olduğu faktlarla tanış edirik. Bu məlumatlar sizə orqanizminizi daha yaxından tanımağa kömək edəcək.

Əfsanəvi cazmen Con Henriks vəfat etdi

23 Noyabr 2017 15:01

Əfsanəvi cazmen və bəstəkar Con Hendriks dünyasını dəyişib.  Hendriks 96 yaşında Nyu-York şəhərindəki xəstəxanaların birində vəfat edib. Musiqiçi son günlər bu xəstəxanada müalicə olunurdu. 

Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığa dair çoxtərəfli Memorandum imzalanacaq

23 Noyabr 2017 14:55

Yaxın günlərdə Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair Memorandum imzalanacaq. 

Cəmiyyətin əxlaqını kimlər pozur?

23 Noyabr 2017 14:56

Çoxdanıncı illərdə rəhmətlik kanalların birinə qonaq çağırmışdılar. Mövzu ordumuzdakı neqativ hallar idi. Verilişdə bəzi komandirlərin əsgərləri inctiməsindən geniş, ətraflı danışdım. Axşam komandirim zəng elədi, dedi, Aqşin, baxırdım sənə televizorda, fəxr elədim sənlə. 120 əsgəri də düzmüşdüm, fərəqətdə dayanıb sənə baxırdılar. Halal olsun, əla danışdın! Dedim, komandir, sən orda əsgərləri düzmüsənsə, demək, mən bir köpüklük danışmamışam.

Hələ belə üzsüz oğru olmamışdı - Skrin olunmuş mesajlar

23 Noyabr 2017 14:43

İngiltərədə qəribə hadisə baş verib. Oğru oğurladığı telefonu açmaq üçün telefon sahibindən kod istəyib. Beth Freestone adlı qız Mançesterdəki gecə klublarının birindəykən onun "iPhone" markalı telefonu oğurlanıb. Hadisədən 5 ay sonra 18 yaşlı qız Feysbuk-da təəccübləndirici mesaj alıb. Belə ki, mesajda telefonu tapdığını iddia edən qadın onu işlətmək üçün qızdan təhlükəsizlik kodunu istəyib.

Üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

23 Noyabr 2017 14:37

Noyabrın 24-də Bakıda üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilib. Bildirilib ki,yarışlar 24 -26 noyabr tarixlərində Su İdmanı sarayında keçiriləcək.