Deputat “qan pulu”nun ödənilməsini tələb etdi
“Dövlət borcları və yığım əmsalı çox böyükdür. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır”.
23 Noyabr 2017 15:26 Sosial"Dövlət borcları və yığım əmsalı çox böyükdür. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, qanpulu ilə bağlı əlillər tərəfindən kifayət qədər müraciətlər daxil olur: "Mən qanpulunun ödənilməsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, komitə sədri ilə də danışmışam. Hətta cənab sədr tərəfindən müvafiq sənədlər də Nazirlər Kabinetinə göndərildi. Çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb. Bizi bu məsələyə görə çox narahat edirlər. Bu məsələnin məbləğinin böyük olduğunu bilirəm. Ona görə də hökumətdən xahiş edrəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, bu vəsait birdən-birə ödənilsin. Müəyyən ardıcıllıqla həll edilsin. Onsuz da biz bu məsələni nə vaxtsa həll etməliyik".