Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində
Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat xidmətindən Olaylar.az –a verilən məlumata görə yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsərinin məşqləri uğurla davam edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. “Pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi iki hissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub.”, - deyə M. Ələkbərzadə bildirib.
23 Noyabr 2017 15:21 Teatr və kinoMusiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" əsərinin məşqləri uğurla davam edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. "Pyesin müəllifi Əli Əmirlinin janrını musiqili yuxu-kollaj kimi təyin etdiyi iki hissəli "Nuri-didə Ceyhun" əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub.", - deyə M. Ələkbərzadə bildirib.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edirlər.
Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.