Bakı Biznes Universitetində  “Ölkəmizi tanıyaq” mövzusunda  inşa-yazı müsabiqəsi keçirilib

23 noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Yasamal rayonu məktəblilərinin “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəni giriş sözü ilə Universitetin rektoru i.e.d.,professor İbad Abbasov açaraq məktəbliləri salamlamış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən yeniyetmə gənclərin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişdirilməsi üçün yaradılan  imkanlardan biri kimi Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Biznes Universitetinin təşəbbüsü ilə  “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin cənub bölgəsinə maarifləndirici tur-aksiyası təşkil edilmişdir.

23 noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Yasamal rayonu məktəblilərinin "Ölkəmizi tanıyaq" mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəni giriş sözü ilə Universitetin rektoru i.e.d.,professor İbad Abbasov açaraq məktəbliləri salamlamış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən yeniyetmə gənclərin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişdirilməsi üçün yaradılan  imkanlardan biri kimi Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Biznes Universitetinin təşəbbüsü ilə  "Ölkəmizi tanıyaq" devizi altında məktəblilərin cənub bölgəsinə maarifləndirici tur-aksiyası təşkil edilmişdir. Bu gün isə Yasamal rayon məktəbliləri həmin tur-aksiyadan qazandıqları təəssüratları öz inşa yazılarında əks etdirəcəklər. Müsabiqənin məqsədi məktəblilərin "Ölkəmizi tanıyaq" devizi altında bölgənin timsalında xalqımızın müasir həyatı, tarixi, mədəniyyəti, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə yaxından tanışlıqlarının nəticəsi olaraq bilikli və istedadlı gənclərin aşkara çıxarılmasından ibarətdir. Sonra isə professor İbad Abbasov bütün müsabiqə iştirakçılarına uğurlar arzuladı.

Müsabiqədə məktəblilər ölkəmizin cənub bölgəsinin coğrafi mövqeyi və abadlıq quruculuq işləri, tarixi mədəniyyət abidələri, muzeyləri, qoruqları, mənzərələri, adət-ənənələri, şəhidləri, qəhrəmanları haqqında öz fikirlərini əks etdirmişlər. İnşa-yazılarında həmçinin bölgənin tanınmış şəxsiyyətləri, alimləri və ziyalıları haqqındada şərhlər verilmişdir. Yazılarda bölgənin milli mətbəxi haqqında da maraqlı fikirlər əksini tapmışdır. İnşa-yazı müsabiqəsində yazıların üslubu, orijinallığı, orfoqrafiq qaydalara əməl edilməsi bacarığı, dilimizin zənginliyi, obrazlılığının və səlistliyinin gözlənilməsi münsiflər  heyəti tərəfindən diqqətdə olmuşdur. İnşa-yazı müsabiqəsi qaliblərinə qiymətli hədiyyələr və mükafatlar, fərqlənənlərə isə sertifikartlar təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31