Parlamentdə qanpulu və əlillərin məsələsi qaldırıldı

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında 2018-ci ilin dövlər bürcə zərfinin müzakirəsi davam etdirilib. Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev MM-in 2018-ci il üçün xərclər smetası haqqında məlumat verib. Bildirib ki, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb.

Deputatlar Milli Məclisə ayrılan vəsaitin azlığından gileyləniblər

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında 2018-ci ilin dövlər bürcə zərfinin müzakirəsi davam etdirilib. Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev MM-in 2018-ci il üçün xərclər smetası haqqında məlumat verib. Bildirib ki, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmazlığını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmaddəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 mln. 200 min manat vəsaitin ayrılmasını sizdən xahiş edirəm".
Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında məlumat verən Hesablama Platasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, HP üçün 3,852 mln. manat həcmində vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur: "Bu vəsait audit tədbirlərinin həyata keçirilməsi üçün ekspertlərin cəlb olunması ilə bağlı əlavə vəsaitin, audit jurnalının rübdə bir dəfə buraxılması ilə bağlı əlavə vəsaitin, işsizlik müavinətlərinin ödənilməsi üçün əlavə vəsaitlərin nəzərə tutulması ilə bağlıdır. Eyni zamanda, daxili ezamiyyə xərcləri, dövlət qulluqçularının sosial müavinətlərlə bağlı xərclərin azaldılması nəzərər tutulub".
MM-in Sosial siyasət kimitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 mlyrd. 578 mln. 760 min təşkil edir. Onun sözlərinə görə, gəlirlərin böyük bir qismi təxminən 2 mlrd. 300 mln. manatı məcburi dövlət sığorta haqqları hesabına formalaşır: "Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir. Ilk dəfədir ki, bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir. Göstərilən vəsaitin məbləği bu il 1 milyard 300 milyon təşkil edir.
Hadı Rəcəbli bildirib ki, 2018-ci ildə İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 milyon 40 min manat məbləğində olacaq. Onun sözlərinə görə, gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 milyon 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 milyon 726 min 212 manat, digər sığortaedənlər 53 milyon 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.Komitə sədri bildirib ki, layihəyə əsasən 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 milyon 478 min manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 milyon 613 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 milyon 150 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 milyon 802 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 milyon 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 milyon 709 min manatın yönəldilməsi nəzərdə tutulur. H. Rəcəbli söyləyib ki, layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək: "İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur. Nazir müavini qeyd edib ki, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır: "Gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə - 1,9 mln. manat artım gözlənilir. Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur". İ.İsayev qeyd edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır. Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən, qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub.
Dövlət büdcəsinin müzakirəsi zamanı millət vıəkilləri müxtəlif məsələləri qaldırıblar. Millət vəkili Vahid Əhmədov bilririb ki, 13 min nəfərin qanpulu məsələsi hələ də həll edilməmiş qalıb: "Mən qanpulunun ödənilməsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, komitə sədri ilə də danışmışam. Hətta cənab sədr tərəfindən müvafiq sənədlər də Nazirlər Kabinetinə göndərildi. Çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb. Bizi bu məsələyə görə çox narahat edirlər. Bu məsələnin məbləğinin böyük olduğunu bilirəm. Ona görə də hökumətdən xahiş edrəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, bu vəsait birdən-birə ödənilsin. Müəyyən ardıcıllıqla həll edilsin. Onsuz da biz bu məsələni nə vaxtsa həll etməliyik". Deputat Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarının artırılmasını, büdcədən müharibə iştirakçılarının "qan pulu" məsələsi ilə bağlı yaranan mübahisənin həll edilməsini istəyib: "Onlara verilən aylıq müavinət 50 manatdır və təyin olunandan bu günə qədər dəyişilmir. Kommunal xərclər artırılırsa, bu rəqəm də dəyişməlidir. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ veteranları, Çernobıl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları, şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Onların 12 mini təqaüdçüdür. Təqaüdə çıxanda veteranlıqdan da çıxır. Bu pul ona müharibədə iştirakına görə verilir. 50 manat onun pensiyasına əlavə edilməlidir. Bundan başqa, şəhid ailələri və veteranlar üçün evlər verilir. Əfqanıstan veteranları və Çernobıl əlillərinə də evlər tikilməlidir, fərq qoyulmamalıdır". Sonda millət vəkillərinin təkliglərinin araşdırılması üçün hökumətə dekabrın 1-nə qədər vaxt verilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31