Gündəm

Təyyarə məcburi eniş etdi

23 Noyabr 2017 16:11

Ötən axşam Alman Lüfthanza hava yollarına aid olan  DLH 060sayılı Franfurt Tehran səfərini yerinə yetirən təyyarə təcili olaraq İstanbul Atatürk Hava limanına eniş edib.

Türkiyədə xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı məsələsi müzakirə olunur

23 Noyabr 2017 16:10

İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Qadına qarşı soyğunçuluq edən yeniyetmə tutulub

23 Noyabr 2017 16:04

Soyğunçuluqda şübhəli bilinən Cəlilabad rayon saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il avqustun 16-da Bakı şəhər sakini olan 1 yeniyetmə qızın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Famil Hüseynov və İsmət Hüseynov saxlanılıblar.

Piyadanı vurub qaçan sürücü saxlanıb

23 Noyabr 2017 16:03

Yol-nəqliyyat hadisəsi törətmiş Göyçay sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 21-də saat 22 radələrində Göyçay rayonunun Potu kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Cavad Kərimov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti qənaətbəxşdir.

Avtomobil vuran 4 piyada dünyasını dəyişib

23 Noyabr 2017 16:02

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 22-də saat 6 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Ulduzlar duetlərini təqdim etdilər

23 Noyabr 2017 16:01

Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert proqramı təqdim olunub. Olaylar.az bildirir ki,  konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb. Gecədə Xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, Əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Aşıq Samirə, Kənan Qədimov, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva və başqaları çıxış ediblər. Böyük sənətkarların vaxtilə ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də musiqisevərlərə təqdim olunub.

Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”

23 Noyabr 2017 16:00

“Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır. Bu layihənin Yeni İpək Yolu konsepsiyasının bir hissəsi olması barədə fikirlər səsləndirilir. Bu isə tamamilə bizim marağımıza uyğundur.Avropa İttifaqı 20-yə yaxın ölkənin ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqıbeynəlxalq ticarət əlaqələri üçün açıqdır. Biz istənilən infrastruktur layihələrində maraqlıyıq”. Məlumata görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib. 

Yəhudi özünü müsəlman kimi göstərdi, məscidləri dolaşdı - Böyük qalmaqal

23 Noyabr 2017 15:57

Rusiyada doğulmuş yəhudi, İsrail vətəndaşı, 31 yaşlı Ben Sion sosial şəbəkələrdə fenomenə çevrilib. Yüz minlərlə insan onu lənətləyir, bir o qədər də insan Benei "çox cəsarətli insan" sayırlar.

Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb

23 Noyabr 2017 15:55

Türkiyədə mənzil sahibi olan xarici vətəndaşlar sırasında azərbaycanlı alıcılar üçüncü yerdə dayanır. Xarici vətəndaşlarla aparılan satışların statistikası hesablanıb. Məlumata görə, oktyabr ayı ərzində edilən satışlara görə, Türkiyədən Səudiyyə Ərəbistanı vətəndaşları 528, iraqlılar 344, üçüncü yerdə qərarlaşan Azərbaycan vətəndaşları isə 278 mənzil alıblar.

Deputat Saakaşvilini efirdə döymək istədi, aparıcı mane oldu - VİDEO

23 Noyabr 2017 15:49

Ukrayna telekanalının efirində Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin iştirak etdiyi proqramda gərginlik yaşanıb.  Ali Radanın "Radikal partiyası"ndan olan deputatı İqor Mosiyçuk korrupsiya ilə bağlı müzakirələr zamanı az qala Saakaşvili ilə əlbəyaxa olacaqdı.

Myanma müsəlmanlarının qaytarılması ilə bağlı razılaşma imzalandı

23 Noyabr 2017 15:47

Banqladeşlə Myanma arasında Arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb. Sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.

"Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir"

23 Noyabr 2017 15:46

"Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir". Bunu  ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Səfir: "Britaniya və Azərbaycanı uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir"

23 Noyabr 2017 15:44

"Böyük Britaniya və Azərbaycanı energetika sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir". Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”

23 Noyabr 2017 15:41

Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Bu barədə Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.

Britaniyanın “The Sun” nəşri: “Ən çox Rəşad Sadıxovun qırmızı vərəqəsi təəccübləndirdi”

23 Noyabr 2017 15:36

Britaniyada dərc olunan “The Sun” tabloidi dünən Bakıda keçirilmiş “Qarabağ”-“Çelsi” oyunu barədə məqalə dərc edib.