Gündəm

Sorğu: Avropalıların əksəriyyəti Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyir

23 Noyabr 2017 16:49

Almaniya (87%), Polşa (85%), Fransa (79%) və Böyük Britaniya (68%) əhalisinin əksəriyəti Rusiya ilə münasibətlərin yaxın zamanda yaxşılaşmasının tərəfdarıdır. Bu, "Ifop" şirkəti tərəfindən Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu üçün keçirilən sorğu nəticəsində aydınlaşıb.

Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir

23 Noyabr 2017 16:48

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.  İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Qara Qarayev: "Hakimin buna görə penalti təyin etməsi gülməlidir"

23 Noyabr 2017 16:41

Çempionlar Liqasında son ev oyununu "Çelsi"yə qarşı keçirən və 0:4 hesabı ilə məğlub olan "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytına müsahibə verib.

“Terrorizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

23 Noyabr 2017 16:38

Noyabrın 23-də Tovuz rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorizmə, ekstremizmə və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində görülən işlərdən, həmçinin bu proqramda nəzərdə tutulan gənclərin potensialından dövlətimizin inkişafı istiqamətində istifadə olunması ilə bağlı məsələlərdən danışıb.

Diaspor nümayəndələrinin Avropa Parlamentinin üzvləri ilə görüşü keçirilib

23 Noyabr 2017 16:36

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndə heyəti Avropa Parlamentinin üzvləri – Sloveniyadan olan İvo Vayql, latviyalı İveta Qriqule, Rumıniyanı təmsil edən Norika Nikolai ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hər bir deputatla Avropa Parlamentinin binasında ayrı-ayrılıqda keçirilən görüşlərdə Azərbaycan həqiqətləri, Avropa İttifaqı ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, bu dövlətlərin ərazisində yaşayan və işləyən soydaşlarımızın vəziyyəti və digər məsələlərə dair müzakirələr aparılıb.

Təhsil sərgisi keçirilib

23 Noyabr 2017 16:36

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərgi iştirakçıları 10-dan artıq ölkənin 100-dən çox universitetində bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.

Prezident NATO-da Qarabağ problemini müzakirə etdi

23 Noyabr 2017 16:28

Azərbaycanın xarici siyasətində yaxın-uzaq ölkələr, beynəlxalq təşkilat və qurumlarla münasibətləri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prioritet təşkil edir. Həm qarşılıq faydalı əməkdaşlıq münasibəti, həm də regionda mühüm yerə və rola malik olması öz növbəsində Azərbaycana da beynəlxalq marağı artırır. Təsadüfi deyil ki, ayrı-ayrı ölkə və təşkilatlar da öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər.

Erməni əsgərlər özlərini güllələyir – ŞOK SƏBƏB

23 Noyabr 2017 16:25

İşğalçı Ermənistan ordusunun əsgərləri xidmətin çətinliklərinə dözməyərək özlərinə xəsarət yetirirlər. Karen Arekelyan adlı hərbi qulluqçu döyüş postunda atəş açaraq öz ayağını yaralayıb.

Türkiyə ABŞ-a 7 tələbnamə yolladı: Gülənlə bağlı

23 Noyabr 2017 16:23

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül FETÖ qruplaşmasının rəhbəri Fəthullah Gülənin ölkəyə təhvil verilməsi üçün Amerikaya rəsmi 7 tələbnamə göndərildiyini bildirib. Nazir Fəthullah Gülənin öz ölkəsində qanun qarşısında cavab verməli olduğunu və bununla bağlı tələblərə davam ediləcəyini vurğulayıb: "Bu mövzu ilə bağlı 7 rəsmi tələbnamə göndərilib. FETÖ qruplaşmasının başçının öz ölkələrində müstəqil və tərəfsiz məhkəməyə təslim edilməsini istəyirik. Bu istiqamətdə Amerikadan tələb və istəklərimiz davam edir. Bunu həm beynəlxalq konvensiyalar, həm də ikitərəfli müqavilələr çərçivəsində gözləyirik. Bu, türk xalqının haqqıdır. Biz cinayətkarın saxlanması və qanun qarşısında cavab verməsini tələb edirik".

Qadağan olunmuş kitablardan MÖHTƏŞƏM ABİDƏ

23 Noyabr 2017 16:23

Argentinalı memar Marta Minjin Almaniyanın Kassel şəhərində qadağan olunmuş kitablardan möhtəşəm abidə inşa edib. Olaylar.az bildirir ki, abidə faşist dönəmində qadağan olunmuş 100.000 kitabla əhatələnib. Qadağan olunmuş kitablar sırasında Kafka, Servantes, Robert Musil kimi yazarların əsərləri yer alıb.

Erməni əsgərlər Qarabağda bir-birini QIRIR

23 Noyabr 2017 16:21

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəminində daha 2 cinayət hadisəsi qeydə alınıb.  Hadisə nəticəsində xəsarət alanlar var. Məlumata görə, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Suriyada yeni dövlət yaradılır – Vaşinqtonun PLANI

23 Noyabr 2017 16:19

ABŞ İŞİD-in məhv edilməsindən sonra Suriyada hərbi gücünü saxlamaq niyyətindədir. Bu barədə “Washington Post” nəşri mənbələrə istinadən yazıb. Adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmur bildirib ki, Vaşinqton Suriyada kürdlərdən ibarət “Suriya Demokratik Gücləri”ni (PKK-nın Suriya qolu olan PYD üzvlərindən təşkil olunmuş qruiplaşma-red) dəstəkləyəcək.

Erməni əsgərlər donmamaq üçün “araq” içir – Zabir Danielyanın ŞOK MƏRUZƏSİ

23 Noyabr 2017 16:16

Ermənistan ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb. İctimai-siyasi işlər üzrə müavin vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb. Lakin o, hazırladığı məruzəyə görə özünü bəlaya salıb.

Azərbaycanda müşahidə ediləcək Günəş tutulmalarının sayı AÇIQLANDI

23 Noyabr 2017 16:15

Gələn il üçün Azərbaycanda müşahidə ediləcək Günəş tutulmalarının sayı açıqlanıb. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib ki, 2018-ci ildə ölkədə üç Günəş tutulması hadisəsi qeydə alınacaq.

Deputat Qarabağ veteranlarının işlə təmin olunmasını istədi

23 Noyabr 2017 16:13

Milli Məclisin iclasında Qarabağ veteranlarının işlə təmin olunması üçün müvafiq nazirlikdə xüsusi qrupun yaradılması təklif olunub. “Olaylar” xəbər verir ki, deputat Qənirə Paşayeva bildirib ki, Qarabağ veteranları təqaüdə çıxanda veteran kimi aldıqları müavinət kəsilir: “Bu, düzgün deyil, müavinət kəsilməməlidir.