Gündəm

İŞİD-dən Milad bayramı ərəfəsində terror XƏBƏRDARLIĞI

23 Noyabr 2017 17:47

İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb. Qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.

Sabunçu və Abşeronda evlərdən oğurluq edən şəxs tutuldu

23 Noyabr 2017 17:45

Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozunda paytaxt sakini Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bununla bağlı ev sahibi Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edib. Şikayətçi evdə olmadıqları zaman naməlum şəxs tərəfindən onun mənzilindən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb - RƏSMİ

23 Noyabr 2017 17:39

Müdafiə Nazirliyi Azərbaycanın ordusunun hərbçisinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb. MN-dən daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Qanunsuz ağac emalı sexləri aşkarlandı

23 Noyabr 2017 17:21

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb. Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.

MM-də büdcə müzakirələri başa çatıb

23 Noyabr 2017 17:17

Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü

23 Noyabr 2017 17:15

Əfqanıstanda güclü partlayış törədilib. Ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb. 

Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib

23 Noyabr 2017 17:08

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib. Məlumata görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədriHadı Rəcəbli deyib ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Millət vəkili: “Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir”

23 Noyabr 2017 17:04

“Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir”. Məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

23 Noyabr 2017 17:05

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri noyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Vladimir Etuşun həyat yoldaşı onun ölüm xəbərini təkzib etdi

23 Noyabr 2017 17:03

Məşhur aktyor Vladimir Etuşun həyat yoldaşı onun ölümü ilə bağlı yayılmış məlumatı təkzib edib.

Putin Ərdoğanın stulunu aşırdı

23 Noyabr 2017 16:58

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın oturduğu stulu aşırıb. Bununla bağlı “Twitter” izləyiciləri video paylaşıblar. Bu noyabrın 22-də Putin, Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında Soçidə keçirilən üçtərəfli görüşdən sonra baş verib. Görüşün nəticələri ilə bağlı liderlər mətbuat qarşısına çıxıblar. V. Putin ayağa qalxaraq özündən solda əyləşən Türkiyə prezidentinin əlini sıxıb və stulunu çəkərək qalxmasına kömək etmək istəyib, lakin stul aşıb.

Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirildi

23 Noyabr 2017 16:56

Azərbaycanda avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

“LXR” başçısı Rusiyaya qaçıb

23 Noyabr 2017 16:54

“Luqansk Xalq Respublikası”nın başçısı İqor Plotnitskinin Rusiyaya qaçdığı məlum olub.

Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib

23 Noyabr 2017 16:53

Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib. Məlumata görə, bununla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış işçi qrupu mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələri, reklamları ilə bağlı monitorinqlər keçirir.

Buğda, düyü və qarğıdalıya tətbiq olunacaq yeni gömrük RÜSUMLARI AÇIQLANDI

23 Noyabr 2017 16:51

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dənli bitkilərə tətbiq edilən gömrük idxal rüsumları dəyişəcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.