Gündəm
Rusiyanın siyasi reklamlarını izləmisinizmi? - "FACEBOOK" GÖSTƏRƏCƏK
“Facebook” administrasiyası istifadəçilərin 2016-cı ildə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə təsir göstərmək məqsədilə sosial şəbəkədə yaydığı siyasi reklamları izləyib-izləmədiyini müəyyənləşdirmək üçün xüsusi bölmə yaradacaq.
Hülyadan səmimi etiraf: "Evlərini süpürərəm"
Müğənni-aktrisa Hülya Avşar verilişində "Yeşilçam" ulduzları ilə bağlı maraqlı etiraflar edib. Sənətçi "Yeşilçam"ın "dörd yarpaqlı yoncası"ı adlandırılan Tükran Şoray, Hülya Koçiyit, Fatma Girik və Filiz Akını çox sevdiyini deyib: "İcazə versələr, onların evini təmizləməyə gedərəm". Hülyanın özündən böyük sənətkarlara təvazökar münasibəti hər kəsin alqışına səbəb olub.
Bığları ona ÇƏTİN ANLAR yaşatdı – 25 MİLYON dollar XƏRCLƏNDİ
“Warner Bros” şirkətinin istehsalı olan “Superman” filminin növbəti seriyası –“Ədalət liqası”na baş rolu canlandıran Henri Kevilin bığları damğa vurub. Ekran işini diqqətlə izləyən tamaşaçılar bəzi səhnələrdə Henrinin ağız hissəsində yaranan problemin fərqinə varıblar. Belə ki, filmdə aktyorun bığları “CGI” texnikası sayəsində montaj olunaraq, silinib. Buna səbəbi isə “Paramount Pictures” şirkətinin başqa bir filmində canlandırdığı obrazda bığlarının olmasıdır.
Məşhur idmançı həbs oluna bilər
Məşhur türkiyəli idmançı, Avatar ləqəbi ilə tanınan Çağan Atakan Aslanın həbsi gözlənilir. Olaylar.az bildirir ki, idmançı sosial şəbəkə hesabından Türk millətini, Türkiyə Respublikasını və Türkiyə Millət Məclisini təhqir etməkdə ittiham olunur və 6 aydan 2 ilə qədər həbs oluna bilər.
Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində mövcud olan vəziyyət qaneedicidir
Nəzərə alsaq ki, Azərbaycan dövləti və onun prezidenti ölkəmizin demokratik cəmiyyətin bir üzvü olmasını qarşıya başlıca məqsəd qoyub və bu istiqamətdə davamlı addımlar atır, o zaman tam əminliklə deyə bilərik ki, bəli ölkəmizdə qeyd etdiyiniz başlıca demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi, eyni zamanda cəmiyyət tərəfindən də qəbul edilməsi üçün davamlı və sistemli şəkildə iş aparılır, addımlar atılır.
"Tuba Hollivuddan təklif alacaq"
İş adamı Umut Evirgenlə eşq yaşayan aktrisa Tuba Büyüküstün fala baxdırıb. Aktrisa astroloq Vedat Deleklə görüşüb. Özünün ulduz xəritəsinə baxdıran Tuba bu yaxınlarda Hollivuddan təklif alacağını öyrənib. Astroloq Büyüküstünə "Bu yaxınlarda xaricə köçəcəksən və Hollivuddan təklif alacaqsan. Avropa və ABŞ-da səni tanımayan qalmayacaq" deyib.
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram"
Müğənni Banu Parlak şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. İfaçı Okan Öztürklə evləndikdən sonra davakar xasiyyətindən əl çəkdiyini deyib: "Okanla ailə qurana kimi çox davakar idim.
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib. Bu barədə Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib. O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib
"Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib".
Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlamaların nəticələrini açıqlayıb
İdmançılara göstərilməli olan tibbi xidmətlərlə bağlı normativ sənədlərin hazırlanmadığı üzə çıxıb. Hesablama Palatası Gənclər və İdman Nazirliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb. Məlumata görə, auditGənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37203,5 min manat məbləğində vəsaiti əhatə edib.
"Zəlzələ seriyası" davam edir - Xəzər, Çin, Hindistan, İran
Son 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub. Məlumata görə, Hindistan-Çin sərhədində 4,4 bal gücündə zəlzələ baş verib. Bundan başqa, İranın cənubunda Bəndər-Abbas şəhərindən 110 kilometr şimal-qərbdə 4,1 bal və ölkənin qərbində Xürrəmabad şəhərindən 60 kilometr şimal-şərqdə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində itki və ya fəsadlar barədə məlumat verilməyib.
Şehiç turun ən yaxşısıdır
Çempionlar Liqasının V turundan sonra statistik göstəricilər açıqlanıb. UEFA həm fərdi, həm komanda hesabında ən yaxşı və ən bərbad olanları müəyyənləşdirib. Fərdi statistikalarda ön sıralarda qərarlaşanlar arasında "Qarabağ"ın futbolçuları da yer alıb. Onlardan ikisi müsbət, biri mənfi mənada diqqət mərkəzinə düşüb.
Bakının mərkəzindəki kafedə QANLI DAVA
Bakıda bıçaqlanma hadisəsi baş verib. Neftçilər küçəsi, 5 ünvanındakı "Şüşəli" kafedə Saatlı rayon sakini,1991-ci il təvəllüdlü Abdullayev Azər Rəhim oğlu onunla birgə fəhlə işləyən İlqar adlı şəxs tərəfindən bıçaqlanıb. Bıçaq A.Abdullayevin qaraciyərini zədələyib. Zərərçəkmiş aldığı xəsarətlə "Caspian Hospital"a çatdırılıb və əməliyyat olunub.
Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib
Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 21-də Göyçay RPŞ-yə rayon mərkəzi xəstəxanasından Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı məlumat daxil olub.
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma...
Tovuzda 27 yaşlı qadın canına qəsd edib. Hadisə bu gün baş verib. Rayonun İbrahim Hacılı kənd sakini, 1990-cı il ətvəllüdlü Abdullayeva Ayten Vaqif qızı evlərində bit dərmanı içib. Qadın təcili xəstəxanaya çatıdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır. A. Abdullayevanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.














