Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində mövcud olan vəziyyət qaneedicidir
Nəzərə alsaq ki, Azərbaycan dövləti və onun prezidenti ölkəmizin demokratik cəmiyyətin bir üzvü olmasını qarşıya başlıca məqsəd qoyub və bu istiqamətdə davamlı addımlar atır, o zaman tam əminliklə deyə bilərik ki, bəli ölkəmizdə qeyd etdiyiniz başlıca demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi, eyni zamanda cəmiyyət tərəfindən də qəbul edilməsi üçün davamlı və sistemli şəkildə iş aparılır, addımlar atılır.
23 Noyabr 2017 18:32 SosialAsif Quliyev: "Hətta bir çox ölkələrdən, özlərini demokratiyanın beşiyi kimi tədqim etməyə çalışan, ayrı-ayrı ölkələrə demokratiya dərsi keçmək iddiasına düşən Qərb, Avropa dövlətlərindən belə yaxşı vəziyyətdədir"
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Mil-Muğan regional şöbəsinin sədri Asif Quliyevin ölkədə fikir, söz. məlumat və ifadə azadlığının təmin edilməsi, bu istiqamətdə mövcud olan vəziyyətlə bağlı "OLAYLAR"-a müsahibəsi
-Asif bəy, Azərbaycanda əsas demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm necə təmin olunur?
-Nəzərə alsaq ki, Azərbaycan dövləti və onun prezidenti ölkəmizin demokratik cəmiyyətin bir üzvü olmasını qarşıya başlıca məqsəd qoyub və bu istiqamətdə davamlı addımlar atır, o zaman tam əminliklə deyə bilərik ki, bəli ölkəmizdə qeyd etdiyiniz başlıca demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi, eyni zamanda cəmiyyət tərəfindən də qəbul edilməsi üçün davamlı və sistemli şəkildə iş aparılır, addımlar atılır. Sual oluna bilər ki, atılan davamlı addımlar və sistemli işə nələr daxildir, aiddir? Başlayaaq fikir, söz, məlumat və ifadə azadlığının təminatından, ona yaradılan şəraitdən. Bu gün ortada olan reallıq ondan ibarətdir ki, Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində mövcud olan vəziyyət qaneedicidir. Hətta bir çox ölkələrdən, özlərini demokratiyanın beşiyi kimi tədqim etməyə çalışan, ayrı-ayrı ölkələrə demokratiya dərsi keçmək iddiasına düşən Qərb, Avropa dövlətlərindən belə yaxşı vəziyyətdədir. Bu gün elə Avropa ölkəsi var ki, həmin ölkədə Azərbaycanda dərc edildiyi qədər yaxılı və ya elektron media resursları yoxdur. Yaxud olsa belə, həmin kütləvi informasiya vasitələrinin maddi imkanları yetərli deyil. Elə bu səbəbdəndir ki, hələ qlobal maliyyə böhranının ilk illərində Avropanın bir neçə nüfuzlu nəşri, qəzeti ya bağlanmaq, ya da özünə yaxın digər bir nüfuzlu qəzet və ya jurnalla birləşmək qərarı verdi. Eləcə də digər ölkələrdə buna oxşar hadisələr təkrarlandı.Ancaq Azərbaycanda vəziyyət tamamilə başqa məcrada cərəyan etdi. Qlobal maliyyə və iqtisadi böhrana rəğmən Azərbaycan dövləti kütləvi informasiya vasitələrinə dəstəyi davam etdirdi, onları böhranın acı, ağır təsirlərindən qorudu. Məsələn, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da elə bu məqsədə xidmət edirdi.
-Amma sözügedən fondun yaradılması zamanı bir çoxları iddia edirdi ki, burada məqsəd müstəqil medianın, mətbu orqanların fəaliyyətini nəzarətə götürmək, azad, söz, fikirə maneçilik yaratmaqdır
-Birlirsiniz, bir çoxları dedidiyiniz həmin şəxslər cəmiyyətin olduqca cüzi bir hissəsini təşkil edir və onların ölkədə görülən hər bir müsbət işə, atılan uğurlu addıma, həyata keçirilən məqsədyönlü islahatlara kölgə salmaq, onu qaralamaq adətidir. Qeyd etdiyiniz məqam da bunlardan biri idi. Və bu günə qədər həmin qeyri-obyektiv, qərəzli yanaşmaları çox görmüşük. Siz özünüz bu sahə çalışan media nümayəndəsisiniz. Mən də o zaman sizin verdiyiniz suala oxşar bir sual verirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra bir jurnalist kimi sözügedən qurumun azad, müstəqil mediaya, yaxud jurnalistə qarşı hansısa maneçiliyinin şahidi olmusunuzmu? Yaxud hər hansı bir mətbu orqanda, kütləvi informasiya vasitəsində dərc edilən hansısa yazıya, materiala görə KİVDF həmin yazıya irad bildirib, azad, müstəqil fikrə qarşı olubmu? Yaxud Sizin özünüz belə çalışdığınız qəzetdə dərc etdiyiniz, qaldırdığınız problemə görə fondun iradı ilə üzləşmisinizmi? Təbii ki, yox. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun belə bir missiyası, niyyəti, məramı yoxdur. KİVDF qəzetlərə təqdim etdiyi layihələrə görə maliyyə yardımı ayrırı, onları təsir altında saxlamağa, azad, müstəqil fikri boğmağa görə yox. Dövlət də öz növbəsində KİVDF vasitəsilə qəzetlərə, kütləvi informasiya vasitələrinə ona görə maliyyə yardımı ayırır ki, mətbu orqanların maddi-tezniki vəziyyəti yaxşılaşsın, öz fəaliyyətlərini günün tələblərinə uyğun qursunlar. İndiyə qədər KİVDF-dən maliyyə yardımı alan bir dənə də olsun mətbu orqan, kütləvi informasiya vasitəsi və eyni zamanda onun nümayəndəsi deyə bilməz ki, fond azad sözü, fikiri, ifadəni pozur, müstəqil medianın qarşısını alır. Əksinə dediyim kimi, KİVDF qəzetlərə maliyyə yardımı ayırmaqla ölkədə azad söz, müstəqil medianın daha da inkişaf etməsinə dəstək olur. Təbii ki, bu dəstəyin arxasında birbaşa Cənab Prezident İlham Əliyev dayanır. Çünki dövlət başçısı hər zaman mətbuata diqqət və qayğısı ilə seçilib. Eyni zamanda dövlət başçısı Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının təmin olunmasında maraqlı olub və bu gün də eyni mövqedədir. Təsadüfi deyil ki, bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə bağlı Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə çıxışı zamanı da Prezident İlham Əliyev qeyd etdiyimiz məsələyə toxundu və bunları ifadə etdi: "Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir".
-Asif bəy, fikir, söz, məlumat və ifadə azadlığınin təmin edilmıəsi ilə yanaşı plüralizm sahəsində də ölkədə vəziyyətin qənaətbəxş olduğunu deyə bilərikmi?
-Əlbəttə. Adətən bir ölkədə plüralizmin mövcudluğu nə ilə ölçülür? Təbii ki, istər siyasi, istər mədəni, istərsə də dini vəziyyətdə mövcud olan durumla. Heç kimə sirr deyil ki, plüralizm dedikdə siyasi plüralizmlə yanaşı dini və mədəni plüralizmə də diqqət edilir, həmin sahələrdə də mövcud olan vəziyyət təhlil olunaraq ümumi nəticə çıxarılır. Hazırda ölkədə hər üç istiqamətdə mövcud olan duruma, vəziyyətə nəzər yetirsək, ölkədə plüralizmin tam mənada, özü də ən yüksək səviyyədə təmin olunduğunu deyə bilərik. Baxın, bu gün Azərbaycanda yüzlərlə siyasi partiyalar mövcuddur. Onlar heç bir məhdudiyyət, maneçilik olmadan fəaliyyətlərini davam etdirirlər. Hətta hakimiyyətə qarşı kəskin radikal mövqedə dayanan partiyalar da heç bir basqı, təpki olmadan fəaliyyətlərini davam etdirirlər. Baxmayaraq ki, zaman-zaman həmin radikal siyasi dairələr hakimiyyətə gəlmək üçün antimilli dairələr, qüvvələrlə, hətta erməni lobbisi ilə əməkdaşlığa gediblər. Bir şərtlə ki, uzun illər alışıb-yandıqları hakimiyyət alovunu söndürə bilsinlər. Amma təbii ki, heç bir nəticə yoxdur. Çünki cəmiyyət milli maraqlara zidd çıxan, dövlətçiliyi təhlükə altında qoyan, lazım gələndə erməni lobbisi ilə işbirliyinə gedən qüvvələrə heç zaman dəstək nümayiş etdirmir. Amma bütün bunlara baxmayaraq hakimiyyət yenə də siyasi dözümlülük, plüralist mövqe ortaya qoyaraq həmin radikal siyasi dairələrin fəaliyyətinə əngəl yaratmır, maneçilik törətmir. Hətta onların etiraz aksiyası keçirmək istəyinə də demokratik cəmiyyətlərə, hakimiyyətlərə xas davranış, mövqe nümayiş etdirərək icazə verir. Bir daha Azərbaycan Prezidenti Cənab İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə bağlı təntənəli mərasimdəki çıxışına qayıdaraq qeyd etmək istəyirəm ki, dövlət başçısı həmin çıxışda elə radikal siyasi qüvvələrin ölkədəki milli maraqlara zidd fəaliyyətinə də toxundu və onların dövlətçilik əleyhinə fəaliyyətlərini belə vurğuladı: "Sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır. Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir