Gündəm

Mövsüm trendi: Yun və geniş vodolazkalar

23 Noyabr 2017 19:39

Vodolazkaların yumşaq, isti və yun olması bu payız sviter seçimində əsas meyarlardır. Rahat və şıq görüntü yaratmaq üçün onları istər uzun və qısa yubkarlarla, istər klassik, istərsə də cins şalvarlarla geyinə bilərsiniz.

Növbəti “iPhone SE” gələn ilin ilk yarısında nümayiş olunacaq

23 Noyabr 2017 19:33

"Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək. Bu barədə çindilli “Economic Daily News” nəşri məlumat verib.  Şərti adı “iPhone SE 2” olan smartfon eksklüziv olaraq Tayvanın “Wistron” istehsalçısı tərəfindən hazırda orijinal “iPhone SE” modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə yığılacaq.

Tovuzda Bilik Fondunun təlimlər davam edir

23 Noyabr 2017 19:31

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti və Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər televiziya verilişlərinin yayım şirkətlərinin əməkdaşları olan dinləyicilərin böyük marağına səbəb olur. Növbəti tədbirlər Tovuz rayonunda gerçəkləşib.

“Samsung” süni intellekt tədqiqatlar mərkəzi açacaq

23 Noyabr 2017 19:28

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti süni intellektlə əlaqədar texnologiyaların hazırlanacağı tədqiqat mərkəzi açmaq niyyətindədir. Şirkət rəhbərliyi əmindir ki, süni intellektə aid alqoritmlər dördüncü sənaye inqilabının uğurunun təminatçısıdır.

27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma…

23 Noyabr 2017 19:27

Tovuzda 27 yaşlı qadın canına qəsd edib. Hadisə bu gün baş verib. Rayonun İbrahim Hacılı kənd sakini, 1990-cı il ətvəllüdlü Abdullayeva Ayten Vaqif qızı evlərində bit dərmanı içib. Qadın təcili xəstəxanaya çatıdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Üzeyir Hacıbəyli haqqında monoqrafiya

23 Noyabr 2017 19:25

Noyabrın 23-də Üzeyir Hacıbəylinin doğma ocağı olan ev-muzeyində, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Qızıl qələm”, Məhsəti Gəncəvi və Gənclər mükafatlarının laureatı Səadət Təhmirazqızının Elmi-Metodiki Mərkəzin dəstəyi ilə çap olunmuş “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdim olunub. Olaylar.az bildirir ki, kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, dissertasiyalar, tədqiqat əsərləri daxil olunub. Xüsusi ilə onun haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri də toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də vardır.

2018-ci ildə 1,5 milyarddan çox smartfon satılacaq

23 Noyabr 2017 19:22

“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək. Çinli analitiklərin məlumatına görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq. 2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.

Almaniyalı alimə dəvətli professoru adı verilib

23 Noyabr 2017 19:19

Noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin dəvətli professoru adı verilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib.

Müşfiq Şahverdiyev evlənir

23 Noyabr 2017 19:16

Aktyor Müşfiq Şahverdiyev evlənir. Aktyorun toyu dekabrın 18-də baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək toya şou-biznes nümayəndələri də dəvət olunacaq.

Yeni “LTE” şəbəkəsi məlumatları 1 Qbit/saniyə sürətində ötürəcək

23 Noyabr 2017 19:16

Səkkizinci illik “Global Mobile Broadband Forum” konfransında Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı vahid sadələşdirilmiş “LTE” şəbəkə konsepsiyasını təqdim edib.

Bütün şirkətlər mobil qurğulara edilən kiberhücumlara məruz qalır

23 Noyabr 2017 19:11

İnformasiya təhlükəsizliyi sahəsi üzrə həllər istehsalçısı “Check Point Software Technologies” şirkəti korporativ qurğulara edilən kiberhücumlar üzrə araşdırmanın nəticələrini dərc edib. Şirkətdən verilmiş məlumata görə, rəyi soruşulmuş 850 şirkətin hər biri smartfon və planşet kompüterlərdə zərərverici proqram təminatı ilə üzləşib. Təşkilatların 89%-i korporativ “Wi-Fi” şəbəkəsinə "insan ortada" (Man-in-the-middle, MitM) adlı hücuma məruz qalıb.

Peşəkar təlim üçün virtual reallıq texnologiyaları bazarının həcmi ildə 140% artacaq

23 Noyabr 2017 19:05

Müəssisələr təlim mühiti şəraitini təmin edən, təhlükəli vəziyyətləri dəqiq imitasiya etməyə, bahalı avadanlıq olmadan keçinməyə imkan verən virtual reallıq sistemlərindən daha aktiv istifadə edirlər.

Yeni “Google” əməliyyat sistemi “Apple” proqramlaşdırma dilini dəstəkləyəcək

23 Noyabr 2017 19:00

Ötən həftə “Google” şirkəti 2014-cü ildə “Apple” korporasiyasının təqdim etdiyi və “iOS/macOS/tvOS/watchOS” sisteminə uyğun proqram təminatının yazılması üçün istifadə edilən “Swift” proqramlaşdırma dilinin kod bazasının genişləndirilməsini həyata keçirib. Bunun “Google” əlavələrinin “Apple” qurğularına adaptasiyası üçün lazım olmasının hesab edilməsinə baxmayaraq gözlənilmədən “Android Police” resursunun əməkdaşları “GitHub” kodunu təhlil etdikdən sonra axtarış nəhənginin “Swift” proqramlaşdırma dilinin “Fuchsia OS” əməliyyat sisteminə əlavə olunması ilə məşğul olmasını müəyyənləşdiriblər.

“Samsung Galaxy S9” smartfonunun təqdimatı gözləniləndən tez keçirilə bilər

23 Noyabr 2017 18:58

"Samsung Electronics" şirkəti növbəti nəsil qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarını 2018-ci il yanvarın 9-12-də Las-Veqasda keçiriləcək "CES 2018" sərgisində nümayiş etdirə bilər. Bu barədə sahə üzrə ixtisaslaşan "VentureBeat" nəşri məlumat verib.

Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər

23 Noyabr 2017 18:53

Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?