Bütün şirkətlər mobil qurğulara edilən kiberhücumlara məruz qalır
İnformasiya təhlükəsizliyi sahəsi üzrə həllər istehsalçısı “Check Point Software Technologies” şirkəti korporativ qurğulara edilən kiberhücumlar üzrə araşdırmanın nəticələrini dərc edib. Şirkətdən verilmiş məlumata görə, rəyi soruşulmuş 850 şirkətin hər biri smartfon və planşet kompüterlərdə zərərverici proqram təminatı ilə üzləşib. Təşkilatların 89%-i korporativ “Wi-Fi” şəbəkəsinə "insan ortada" (Man-in-the-middle, MitM) adlı hücuma məruz qalıb.
23 Noyabr 2017 19:11 Dünyaİnformasiya təhlükəsizliyi sahəsi üzrə həllər istehsalçısı "Check Point Software Technologies" şirkəti korporativ qurğulara edilən kiberhücumlar üzrə araşdırmanın nəticələrini dərc edib. Şirkətdən verilmiş məlumata görə, rəyi soruşulmuş 850 şirkətin hər biri smartfon və planşet kompüterlərdə zərərverici proqram təminatı ilə üzləşib. Təşkilatların 89%-i korporativ "Wi-Fi" şəbəkəsinə "insan ortada" (Man-in-the-middle, MitM) adlı hücuma məruz qalıb.
Ekspertlərin sözlərinə görə, mobil təhlükələr istənilən qurğuya müdaxilə etməyə və hakerlərə istənilən vaxt vacib məlumatlara giriş əldə etməyə imkan verir. Araşdırmada deyilir ki, maliyyə təşkilatları, dövlət qurumları bu təhlükələrin qurbanı ola bilər.
"Check Point" şirkəti mobil qurğu və proqramlar üçün təhlükələrdən, həmçinin şəbəkə hücumlarından müdafiə edən "SandBlast Mobile" həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib. "ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən xəbər verir.