Üzeyir Hacıbəyli haqqında monoqrafiya

Noyabrın 23-də Üzeyir Hacıbəylinin doğma ocağı olan ev-muzeyində, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Qızıl qələm”, Məhsəti Gəncəvi və Gənclər mükafatlarının laureatı Səadət Təhmirazqızının Elmi-Metodiki Mərkəzin dəstəyi ilə çap olunmuş “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdim olunub. Olaylar.az bildirir ki, kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, dissertasiyalar, tədqiqat əsərləri daxil olunub. Xüsusi ilə onun haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri də toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də vardır.

Noyabrın 23-də Üzeyir Hacıbəylinin doğma ocağı olan ev-muzeyində, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Qızıl qələm", Məhsəti Gəncəvi və Gənclər mükafatlarının laureatı Səadət Təhmirazqızının Elmi-Metodiki Mərkəzin dəstəyi ilə çap olunmuş "Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində" kitabının təqdim olunub.

Olaylar.az bildirir ki, kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, dissertasiyalar, tədqiqat əsərləri daxil olunub. Xüsusi ilə onun haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri də toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də vardır.

Təqdimatda Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq artisti Ramiz Quliyev, professor Vidadi Xəlilov, müğənni Elza Seyidcahan, digər mədəniyyət və incəsənət xadimləri çıxış etmişlər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru çıxış edərək kitabın zənginliyi onun dahi müəlliflərlə təmasda olduğunu bildirib və bir daha vurğuladı ki, Azərbaycan musiqi mədəniyyəti Üzeyir Hacıbəylidən başlayır.

Tədbirdə dahi Üzeyir bəyin musiqi əsərləri səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31