Almaniyalı alimə dəvətli professoru adı verilib
Noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin dəvətli professoru adı verilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib.
23 Noyabr 2017 19:19 SosialNoyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin dəvətli professoru adı verilib.
Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib.
K.Abdulla ADU-da yeni yaranacaq Germanistika İnstitutunun almaniyalı və azərbaycanlı həmkarların yeni elmi platforması olacağına ümid etdiyini bildirib və bu istiqamətdə yeni kitabların çap olunması, görüş və konfransların keçirilməsi, yeni tanışlıqların yaranmasının gözlənildiyini diqqətə çatdırıb. K.Abdulla professor Z.Hartmanın Azərbaycan Dillər Universitetinin dəvətli professoru adına layiq görülməsinin sevindirici hal olduğunu bildirib və onu təbrik edib.
Daha sonra rektor Z.Hartmana ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.
Professor Z.Hartman ADU-nun dəvətli professoru olmasından şərəf duyduğunu bildirib. O, universitet heyəti ilə dünyanın müxtəlif mədəniyyət nümunələrini birgə tədqiq edəcəklərini və germanistikanın alman variantının Azərbaycanda tətbiq olunacağını, bunun üçün universitetdə münbit şəraitin mövcud olduğunu qeyd edib. Sonra görüşdə Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Sərxan Abdullayev, həmin kafedranın dosenti Ulduz Aslanova, Alman dili kafedrasının dosenti Yusif Savalan fikirlərini bölüşüb, professoru təbrik ediblər.
Qeyd edək ki, təqdimatdan öncə professor Z.Hartman professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrə "Nibelunqlar haqqında nəğmə" mövzusunda mühazirə deyib.