"Zəlzələ seriyası" davam edir - Xəzər, Çin, Hindistan, İran
Son 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub. Məlumata görə, Hindistan-Çin sərhədində 4,4 bal gücündə zəlzələ baş verib. Bundan başqa, İranın cənubunda Bəndər-Abbas şəhərindən 110 kilometr şimal-qərbdə 4,1 bal və ölkənin qərbində Xürrəmabad şəhərindən 60 kilometr şimal-şərqdə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində itki və ya fəsadlar barədə məlumat verilməyib.
23 Noyabr 2017 18:00 DünyaSon 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub. Məlumata görə, Hindistan-Çin sərhədində 4,4 bal gücündə zəlzələ baş verib. Bundan başqa, İranın cənubunda Bəndər-Abbas şəhərindən 110 kilometr şimal-qərbdə 4,1 bal və ölkənin qərbində Xürrəmabad şəhərindən 60 kilometr şimal-şərqdə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində itki və ya fəsadlar barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün isə Xəzər dənizində 3 zəlzələ qeydə alınıb. Trend.az